ESTONİYANIN MİLLİ SEÇİM TURUNDA DƏYİŞİKLİK

Estoniyanın milli seçim turu “Eesti Laul”da gözlənilməz dəyişiklik baş verib. Hətta, bir gün öncə bu barədə xəbərlərin anonsu da verilmişdi.

Estoniya milli seçim turunun prodüseri Tomi Rahula yeni format barəsində məlumat verib. Onun sözlərinə görə, müsabiqədə dörddə bir finallar tədbiq olunacaq. O, bunu tamaşaçıların daha çox mahnılardan xəbərdar olması və seçim imkanlarının genişləndirilməsi ilə əlaqədar edib. Yeni metod ilə bərabər, müsabiqənin ümumi iştirakçı sayı 40-a çatdırılacaq. Hər 1/4 finalda 10 ifaçı iştirak edəcək və onlardan beşi yarımfinala vəsiqə qazanacaq. Yarımfinalların hər birində yenidən 10 iştirakçı finaldakı 5 yer üçün yarışacaq. On nəfərin iştirakı ilə baş tutacaq Böyük Final Estoniyanı Avroviziya 2022-də təmsil edəcək şəxsi müəyyən edəcək.

Xatırladaq ki, müsabiqənin əvvəlki formatında 2 yarımfinal və 1 bir final var idi. Bundan əlavə, Estoniyanı Avroviziya 2021-də Uku Suvieste təmsil etmişdi və müsabiqənin finalına keçməyə nail olmamışdı.

YouTube player
Ukunun Avroviziya 2021-in ikinci yarımfinalında canlı çıxışı.

Leave a Reply