DANİMARKA AVROVİZİYA 2022-DƏ İŞTİRAKINI TƏSDİQLƏYİB

Danimarka “Avroviziya 2022” -də iştirakını təsdiqləyib. Həmçinin, 5 mart tarixində “Dansk Melodi Grand Prix”in milli seçim turunun final mərhələsi baş tutacaq. 

8 mahnının seçimi bugündən etibarən başlayır. Seçim prosesi oktyabr ayının 29-a kimi dəvam edəcək. Qeyd edək ki, Danimarka təmsilçi seçimini 1957-ci ildən bəri DMGP milli seçim müsabiqəsi ilə həyata keçirir. 

Mahnılar üçün isə bir sıra şərtlər var:

 • Bəstəkar, söz yazarı və ya ifaçı mütləq Danimarka vətəndaşı olmalıdır. Danimarka vətəndaşı ilə ailə həyatı qurmuş olmağı da həmçinin qənaətbəxş hesab oluna bilər. 

 •  Həmçinim Faroe adaları və Qrilandiyada yaşayanlar da müsabiqədə iştirak edə bilər. 

 • Daha öncə ictimai yerlərdə səsləndirilmiş, başqa platformalarda mövcud mahnıların göndərilməsi qəbul edilməzdir. 

Xatırladaq ki, Fyr Og Flamme ötən il “Dansk Melodi Grand Prix” milli seçim turunu qazanmış və 2021 -ci il “Avroviziya”-da “Øve Os På Hinanden” mahnısı ilə Danimarkanı təmsil etmişdir. Elə həmin il 1997 -ci ildən bəri ilk dəfə Danimarka öz dilində bir mahnı ilə müsabiqəyə qatıldı.  Qrup final mərhələsinə keçə bilmədi, 2-ci yarı finalda 11-ci yerdə qərarlaşdı.  Buna baxmayaraq, qrup “Øve Os På Hinanden” mahnısı ilə Danimarka musiqi chartlarında 1-ci sıraya qədər çata bilmişdir.

YouTube player

Leave a Reply