Dekabr ayının 19-da Paris şəhərində keçiriləcək Uşaq Avroviziya 2021-in rəsmi loqosu və sloqanı yayımlanıb. Loqo vizual olaraq Fransanın simvollarından biri olan “Eyfel qülləsi”ni xatırladır. Loqoda şəhər işıqları, şam ağacı və ulduzların vəhdəti təsvir edilib. Bu ilki şüar isə keçən ilki qalib mahnının adı “Imagine”dir.
Hazırda müsabiqədə 15 ölkə öz iştirakını təsdiqləyib:
Albaniya
Azərbaycan
İrlandiya
Fransa
Gürcüstan
Almaniya
Malta
Niderland
Şimali Makedoniya
Polaşa
Portuqaliya
Rusiya
Serbiya
İspaniya
Ukrayna
Dekabr ayında Azərbaycanı Sona Əzizova təmsil edəcək. Qeyd edək ki, mahnı qəbulu prosesi hələ də davam edir.