UŞAQ AVROVİZİYA ÜÇÜN MAHNI QƏBULU BAŞLADI

Ölkənin rəsmi yayım hüququna sahib kanalı İçtimai Televiziya bu ilin dekabr ayında Fransanın paytaxtı Parisdə baş tutacaq Uşaq Avroviziya 2021 mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək parçanı təyin etmək üçün mahnı qəbuluna başladı.

Sentyabrın ayının 10-na kimi Azərbaycan və xarici bəstəkarlar da daxil olmaqla, mahnısına güvənən hər kəs öz müraciətini song@eurovision.az elektron ünvanına göndərə bilər.

Əsas müsabiqə üçün olan mahnı qəbulundan uşaqlar üçün nəzərdə tutulmuş versiyanı fərqləndirən əsas məqam isə: mahnı sözlərinin ən azı 60%-in Azərbaycan dilində olması tələbidir. Bu qayda isə öz növbəsində Uşaq Avroviziyanın əsas qaydalarından biridir.

İstər Azərbaycan istər xarici bəstəkarlar öz mahnılarını seçim mərhələsinə göndərə bilər. Mahnının mövzusu barəsində isə limitimiz yoxdur” — deyə İsa Məlikov bildirib.

Bir müddət öncə isə ölkəmizi müsabiqədə təmsil edəcək Sona Əzizova rok janrında bir mahnı oxumağı arzu etdiyini bildirmişdi.

YouTube player

Mənbə: İçtimai Televiziya

Leave a Reply