İSPANİYA TƏMSİLÇİSİNİ YENİ ÜSULLA SEÇƏCƏK

İspaniya artıq təmsilçisini Benidorm şəhərində seçəcək!


Əvvəldə də xəbər verdiyimiz kimi, 22 iyulda İspanıyadan Avroviziya ilə bağlı açıqlama gəlməli idi. Və nəhayət xəbər öz təsdiqini tapdı. İspaniya təmsilçisini artıq milli finalla seçəcək. Ölkənin müsabiqədə uğursuz çıxışları və qeyri-ciddi yanaşmasi ispan pərəstişkarları ilə yanaşı Avropalı azarkeşlər tərəfindən də birmənalı qarşılanmırdı. Bu səbəbdən də ölkə artıq Avroviziyaya baxış tərzini dəyişmək qərarına gəlib.

Bendidorm şəhərində keçiriləcək festival 2 yarıfinal və bir finaldan ibarət olacaq. Qalibə “Qızılı Supərisi” və Avroviziyada iştirak hüququ veriləcək. Qeyd etdiyimiz festival 1956-2006-cı illər arası da keçirilsə də, həmin vaxt Avroviziya ilə əlaqəsi yox idi.

Qeyd edək ki, İspaniyanın son illərdə ən yaxşı nəticəsi 2014-cü ildə olub. Ruth Lorenzo “Dancing In The Rain” mahnısı ilə 10-cu olmuşdu.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading