“Amerikan Mahnı Müsabiqəsi” üçün Birləşmiş Ştatların NBC telekanalı mahnı qəbuluna start verib.
İlk dəfə baş tutacaq “Amerikan Mahnı Müsabiqəsi” üçün mahnı qəbulu başlanıb. Amerikanın bütün ştatları və adalarından olan 16 yaşdan yuxarı solo ifaçılar, qruplar və DJ’lər öz orijinal mahnılarını seçim mərhələsinə göndərə bilərlər.
Avroviziyadan fərqli olaraq burada mahnının uzunluğu barəsində heç bir məhdudiyyət yoxdur.
Bütün seçimlərdən sonra 56 mahnının iştirakı ilə ələmə və yarıfinal mərhələləri, ən sonda isə final mərhələsi keçiriləcək. Qalib isə münsif və tamaşaçı səsverməsi ilə müəyyən ediləcək.
Müsabiqənin 2022-ci ildə keçirilməsi planlaşdırılır.
Mənbə: Eurovoix