Avroviziyanın ən zil səsi məndədir deyən Natalia, bizə bir zamanların məşhur yerli müğənnisi Maral Tahirqızını xatırlatmadı deyil.
Natalianın finala keçməsi və finalda bir çox favoritlərdən yuxarı nəticə əldə etməsi əksər fanatlar tərəfindən qınanılıb və səslərin pulla alındığı iddialarına gətirib çıxarıb.
Bu günkü açıqlamaya əsasən isə bəlli olub ki, AYB səsvermənin saxtalaşdırması ilə bağlı olan bu iddiaları rədd edir və araşdırmır.
Nəzərə çatdıraq ki, yarımfinalda iştirak edən 16 ölkədən 8-i Moldovaya yarımfinalda 12 xal verdiyi halda final gecəsində bu ölkələrdən 4-ü heç 1 xal belə Moldovaya verməyib. Bu isə öz növbəsində şüphələri bir qədər də artırır.
Bununla da artıq bir neçə ildir ki, məşhur Rus ifaçı və prodüser Philipp Kirkorov ilə çalışan ölkələr bu kimi ittihamlarla qarşılaşır.
Mənbə: Aftonbladet