AVROVİZİYA 2021 TAM NƏTİCƏLƏRİ – İTALİYA QALİBDİR!

2 ildir gözlədiyimiz, hazırlıqları davam edən sayca 65-ci “Avroviziya 2021” mahnı müsabiqəsi Niderlandın, Rotterdam şəhərində bu gecə yekunlaşdı. Gecənin yekununda İtaliya təmsilçiləri Måneskin qrupu “Zitti E Buoni” mahnısı ilə 524 xal toplayaraq ölkələrinə uzun illərdir gözlənilən qələbəni qazandırdılar.

YouTube player

Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edən Efendi isə ümumilikdə 65 xal ilə 20-ci sırada qərarlaşdı.

YouTube player

Gəlin verilən və alınan xallara nəzər salaq.

Azərbaycana verilən səslər:

Münsiflər:
Rusiya – 8
Moldova – 6
Gürcüstan – 5
Ukrayna – 3
Albaniya – 2
İrlandiya – 2
İsrail – 2
İsveçrə – 2
Niderland – 2

İzləyici səsverməsi:
Bolqarıstan – 4
Rumıniya – 4
Rusiya – 4
Serbiya – 4
Gürcüstan – 3
Şimali Makedoniya – 3
Ukrayna – 3
İsrail – 2
Xorvatiya – 2
Yunanıstan – 2
Moldova – 1
Norveç – 1

Azərbaycanın verdiyi səslər:

İzləyici səsverməsi:
12 – İsrail
10 – İtaliya
8 – Ukrayna
7 – Norveç
6 – Rusiya
5 – Finlandiya
4 – İsveçrə
3 – San-Marino
2 – Fransa
1 – Moldova

Münsif səsverməsi:
12 – Rusiya
10 – Yunanıstan
8 – Moldova
7 – Malta
6 – Ukrayna
5 – İsveç
4 – Fransa
3 – Belçika
2 – Portuqaliya
1 – Bolqarıstan

Azərbaycan münsif heyəti:

  • Atari Cəfərova
  • Fuad Alışov
  • Sevda Ələkbərzadə
  • Vaqif Gərayzadə
  • Zamiq Hüseynov
YouTube player

Və beləliklə Avroviziya 2021 artıq tarixə qovuşur. Ölkəmizi layiqincə təmsil edən Efendi’yə bütün hər şeyə görə komanda və İzləyicilərimiz adından təşəkkür edirik. Uzun illərdir Azərbaycanda müsabiqəyə olmayan maraq məhz bu il yenidən alovlandı. Növbəti illərdə daha yüksək nəticələr əldə etmək ümidi ilə, bu ili yekunlaşdırırıq. Bütün bu aylar ərzində gecə-gündüz bizimlə olan, canlı yayımlarımızı izləyən, telegram qrupumuzda daim müzakirələr aparan izləyicilərimizə sonsuz təşəkkürümüzü bildiririk. Nə yaxşı ki, sizlər varsınız!

Avroviziya mövsümü bəlkə də bitir. Amma biz heç yerə getmirik, il boyu sizlərə Avroviziya dünyasında baş verən hər şeydən xəbər verməyə mütləq davam edəcəyik!

Leave a Reply