NIGAR CAMAL: ÇOX İSTƏRDİM İLK BEŞLİYƏ DÜŞƏK

Bu günün əsas xəbər başlıqları Nigar Camalın Efendi üçün “heç 5-likdə olmayacaq, o paltarı isə heç vaxt geyinməzdim” kimi xəbərlərə bürünüb.

Təəsüflər olsun ki, bizim çoxdandır ümidimizi kəsdiyimiz, hər bir fikri fərqli şəkildə təqdim edən, sözləri dəyişən, insanlar arasında anlaşılmazlıq yaradan maqazin xəbərləri bu səfər də öz əməllərindən geri qalmayıb.

Nigar Camalın MTV Azərbaycana müsahibəsinin əslindən sizlərə sitat gətiririk:

Mən müsabiqədə iştirak etmişəm, təqribi hansı yerdə olacağını bilirəm amma deməyəcəm…” – sözlərindən sonra aparıcının ilk beşliyə düşüb-düşməyəcək sualına cavab olaraq – “Yox, düşünmürəm, amma çox istərdim. Çox istərdim. Mən çox istərdim..“.

Bu söhbətdən sonra aparıcılar Efendi’nin səhnəyə çıxacağı, Rüfət İsmayılın hazırladığı geyim barədə sual veriblər:

Mən bu paltarı geyinməzdim çünki mənə yaraşmazdı…” – deyə Nigar Camal cavab verib.

Aygün Kazımovanın geyimi ilə müqayisəsində Nigar söyləyib: “Gözələ hər şey yaraşar. Efendi də gözəldir, lakin o daha incədir deyə bu geyim yaraşmayıb” – fikrini söyləyib.

Yəni, sitatda da göründüyü kimi, Nigar Camal Efendi’ni nə tənqid edib nə də haqqında hansısa mənfi bir rəy bildirməyib. Nigar, hamımızın etdiyi kimi, sadəcə öz fikirlərini bölüşüb.

12 Xal olaraq ümid edirik ki, bir gün ölkəmizdə “gündəm” yaratmaq üçün bu cür yollara əl atmaqdan jurnalistlər imtina edəcək və jurnalistika etikasına uyğun olaraq cümlələri sitatın tamından ayırıb, götürməyəcəklər.

Leave a Reply