Və budur yarıfinallarda iştirak edən son 8 ölkə bu gün ilk məşqini həyata keçirmək üçün Ahoy arenadadır. İkinci yarıfinalın ikinci hissəsində iştirak edəcək bu ölkələr hansılardır gəlin ilk növbədə nəzər salaq:
– 11 | Avroviziya 2021: Məşqlərin dördüncü günü
İkinci yarıfinalın ikinci hissəsi – ilk məşqləri:
– Gürcüstan | 12:00 – 12:30
– Albaniya | 12:40 – 13:10
– Portuqaliya | 13:20 – 13:50
– Bolqarstan | 14:00 – 14:30
– Fasilə | 14:30 – 15:30
– Finlandiya | 15:40 – 16:10
– Latviya | 16:20 – 16:50
– İsveçrə | 17:00 – 17:30
– Danimarka | 17:40 – 18:10
Gün ərzində baş verən məşqlərin icmalına və komanda üzvümüz Şəmistanın reaksiyalarına bu videolardan baxa bilərsiniz:
Bəs gün ərzində nələr baş verdi? Birlikdə nəzər yetirək:
– Gürcüstan | 12:00 – 12:30
Tünd temalı və vokalı üzə çıxaracaq bir şou ilə günə başlayırıq.
Qonşu ölkə Gürcüstan bu dəfə hər şeyi sadə olmasına üstünlük verib. Tornike ağ-qara rənglərdə olan geyimi ilə səhnədə bizi qarşılayır və asta-asta gəzərək mahnısını ifa edir. Səhnə bizə dənizaltını bir qədər xatırladır. Səhnənin mərkəzində həmçinin, bir ədəd balaca LED ekranlardan ibarət platforma var.
İkinci hissədə bir qədər səhnənin mərkəzinə çəkilir və ifaya burada davam edir. Bu zaman ifaçının üzərində son zamanlar yetərincə dəbdə olan işıq effektləri ilə sözlər yazılır. Həmçinin Gürcü dilində arxafonda narıncı rəngli sözlər görürük.
İfaçı səhnədə çox həyacanlıdır və hansı kamera ilə işləməli olduğunu bilmir. Demək olar ki, bütün görüntülərdə yanlış kameraya baxır. Səsində isə heç bir problem yaşanmır.
– Albaniya | 12:40 – 13:10
Günün ikinci şousu həyata keçirən Albaniya səhnəni darmadağın etdi desək yanılmarıq.
Milli finaldan fərqli olaraq burada tamamən tək olan Anxhela səhnədə heç bir əlavə effektlər olmadan LED ekran üzərində qurulmuş 3D tüstü effektləri ilə səhnəni alovlandırmağı bacardı.
3 dəqiqəlik şou zamanı o səsi ilə bizləri təəccübləndirməyi bacardı. Baxmayaraq ki, böyük bir rəqs şousu yox idi. O, Serbiyanın Hurricane qrupundan daha çox enerji ötürməyi bacardı.
Parlaq iri və xırda daşlardan olan geyimi ilə cəlbedici görünən ifaçıya ekranda mavi, qırmızı və ağ tüstülər müşaiət etdi.
Səhnə bir qədər 2016 Ermənistan səhnəsini xatırladır.
– Portuqaliya | 13:20 – 13:50
Sırada Portuqaliyadan olan “The Black Mamba” qrupu idi.
Girişdə ekran alışdığımız 16:9 deyil, 1:1 olan ölçüdə ağ qara vintaj şəkildə başlayır.
Səhnədə solistdən əlavə qrup üzvləri dayanıb və musiqi alətlərində ifalarını edir. Nəqarət hissəyə çatdıqda mahnı artıq standart ölçülərdə ekrana əks olunur. Bu dəfə hər tərəf mavi və qara tonlarda işıqlara bürünür.
Solist mahnının sonların yaxın catwalk’da gəzərək ifa edir və ikinci səhnəyə gəlir. Yuxarıdakı ikinci LED şəffaf ekran aşağı düşür və mavi tonlar narıncı parlaq tonlara dönüşür. Ardıyca əsas LED ekranda xüsusi effekt vasitəsilə orkestr abu havası yaradılır. Narıncı/qızılı tonların atmosferində ifa sona çatır.
– Bolqarstan | 14:00 – 14:30
Bolqarıstan təmsilçisi VICTORIA öz çıxışı ilə jurnalistləri təəccübləndirməyi bacardı.
Səhnənin zəmininə su effekti verilib və çox böyük bir qaya yerləşdirilib. Victoria sanki hansısa adada oturub bir qayanın üzərində və mahnısını ifa edir. Qayanıb yanında bir ədəd qum fəvvarəsi var.
Kameralar uzaqdan görüntü götürür və qayanın üzərindəki foto öz əksini tapır. Fotoda balaca Victoria və atası var.
İndiyədək oturaraq ifa edən ifaçı bu dəfə mahnını ayağa qalxaraq ifa etməyə davam edir. Bu zaman kameralarda problem yaşanır və səhv kameraya keçid edilir.
Səhnə rəngi qızılı tonlara çevrilir və qaya su ətrafında fırlanmağa başlayır. Sonda kameralar tam olaraq ifaçının başına sabitlənir və mahnı beləcə sonlanır.
– Finlandiya | 15:40 – 16:10
Sırada Finlandiyadır. “Blind Channel” qrupu da milli final çıxışını səhnəyə gətirdi deməyimiz mümkündür. Lakin bəzi məqamlarda yeniliklər mövcuddur.
Belə ki, kameralar çıxış başlayanda başı aşağı (tərs) çəkiliş həyata keçirir və qrup nümayəndələrinə tərəf hərəkət edir.
Səhnə qırmızı-mavi tonlara bürünüb və qrup nümayəndələri qara rəngdə geyinib. Çılğın şoularına səhnənin işıqları, həmçinin, pirotexniki avadanlıqları da müşayiət edirdi.
Səsdə hər hansı problem yaranmadı və çox rahatlıqla səhnədə ifa baş tutdu. Ümumilikdə demək lazım gələrsə, alovlardan və səhnədən ən doğru şəkildə istifadə edilmişdi. Sonluq bizə bir qədər 2019 İslandiya çıxışını xatırladır.
– Latviya | 16:20 – 16:50
Günün kraliçası Samanta səhnədədir. Digər təmsilçilərdən fərqli olaraq o, nə klipi, nə də canlı performansını arenaya gətirməyib. O, ötən il baş tutan milli finaldakı şounu səhnəyə gətirib desək yanılmarıq.
Belə ki, tək yaşıl zərli libası ilə kameraya üzünü çevirərək ifaya başlayan Samantaya bir qədər sonra 3 parlaq geyimli üzlərində maskalar taxılmış rəqqaslar qoşulur. Qoşulur demək nə qədər düz olar bilmirik amma onlar sadəcə kənarda dayanıb bəzən hərəkət edirdilər. Samanta isə sadəcə klipdəki əli ilə başının üstündə göstərdiyi tac simvolunu təkrarlayırdı. Nə ifaçı nə də rəqqaslar yerindən tərpənmir.
LED ekranda yaşıl və qızılı rənglərdən istifadə edilib. Bu çıxışda da pirotexniki heç bir avadanlıqdan istifadə edilməyib
Səhnə rəngləri çox qarışıqdır bu da ifaçının səhnədə itməsinə səbəb olur. Həmçinin, səsdə bəzi problemlər hiss olunur.
– İsveçrə | 17:00 – 17:30
İlin ən böyük alqış qazanan məşqi yəqin ki, İsveçrə təmsilçisi Gjon’s oldu.
Səhnədə böyük və qəribə sütuna bənzər platformanın üzərində ifaya başlayan ifaçıya işıqlar və kamera perspektivləri çox gözəl dəqiqliklə işlənilmişdi.
Qara rəngli paltarı və üzəri qaşlı jaketi ilə səhnədə seçilən Gjon’s möhtəşəm vokalı ilə bizləri heyran etdi.
Arxafon sualtı, galaksi və səmanı xatırladan bir formada görüntüdən ibarətdir. Son nəqarətdə kameralar ifaçıya tam yaxınlaşır və zil hissədə geriyə gedir. Bu zaman rekvizitlər hissələrə bölünür və tək sütuna söykənirmiş kimi görünür.
Son məşqində əlavə olaraq tüstüdən istifadə edən İsveçrə komandası doğru qərara əl atdı və ümid edirik ki, bu üsulu əsas şouda da görəcəyik.
– Danimarka | 17:40 – 18:10
Çıxış milli finaldakı çıxışı çox xatırladır. Əlavə olaraq səhnədə 3 nəfər bekvokalist var. İfaçılar çox balaca platformaların üstündə dayanıb oxuyurlar.
Milli finaldakı çıxışdan daha pozitiv və dinamik bir nömrə idi. Səhnədə əsasən bənövşəyi və çəhrayı rənglər üstünlük təşkil edirdi.
© All rights belong EBU
Photos/videos by: eurovision.tv