Bu gün baş tutan Avroviziya 2021 məşqlərinin ikinci günündə ilk yarıfinalın geridə qalan 9 ölkəsi iştirak etdi. İfaçılar 30 dəqiqə ərzində arena ilə ilk dəfə tanış oldu və müsabiqə üçün ilk dəfə arenadan məşqlərini həyata keçirdi.
Günün iştirak edən ölkələri belə oldu:
– Kipr | 12:00 – 12:30
– Norveç | 12:40 – 13:10
– Xorvatiya | 13:20 – 13:50
– Belçika | 14:00 – 14:30
– İsrail | 15:40 – 16:10
– Rumıniya | 16:20 – 16:50
– Azərbaycan | 17:00 – 17:30
– Ukrayna | 18:00 – 18:30
– Malta | 18:40 – 19:10
Məşqləri canlı olaraq şərh etdik ki, əgər siz izləyə bilməmisinizsə, aşağıdakı linkə daxil olmaqla təkrar izləyə bilərsiniz.
Bəs məşqlərdə nə geyindilər, səhnədə nələr baş verdi? Gəlin birgə nəzər salaq.
– Kipr | 12:00 – 12:30
Elena qırmızı işıqlar fonunda səhnədə təkcə uzanıb. Səhnədə ilk saniyələrdə təkdir. Sonra 4 nəfər şeytan geyimində olan rəqqasə ifaçıya qoşulur. Arxa fonda əsas leddən əlavə bir ədəd güzgü var və bu səhnədə çoxlu insan effekti yaradır. Güzgü trapesiyanı xatırladır. Elena səhnədə sakit qalmağa üstünlük verir. Rəqsin əsas hissəsini rəqqasələr edir. İkinci hissədə Elena səhnədə akrobatik körpü hərəkətini edir. İfaçının səsi hələki, elə də yaxşı deyil. Səhnənin arxasında “El-diablo” sözləri əks olunan yazılar var. Ümümi desək, qırmızı fonda adi rəqs şousudur.
– Norveç | 12:40 – 13:10
Məşqləri texniki nasazlıq səbəbindən bir qədər gecikir, TIX bəyaz rəngli daş qaşlı geyimdə ağ qanadları ilə birgə səhnənin mərkəzinədədir. Mavi rəngli işıqların harmoniyasi ilə şeytanlar ifaçının ətrafında dönür. Leddə ağ-qara buludlar əks olunubdur. Demək olar ki, milli finaldakı çıxışın eynisidir. Sadəcə qızılı rənglər demək olar ki, yığışdırılıb. Norveç səhnədə olan işıq texnologiyasından çox peşəkarlıqla istifadə edib. Mavi, ağ və bəzən qızılı rənglər ilə gözoxşayan visuallar yaradılıb.
– Xorvatiya | 13:20 – 13:50
İfaçı səhnədə yarım-şəffaf fonun önündə təkdir. Fonda neon işıqlar üstünlük təşkil edir. Albina deyildiyi kimi daş-qaşlı geyim geyinib. İfaçı əlləri ilə işıqları idarə edir. Nəqarətdə rəqqaslar ifaçıya qoşulur. İfaçının fonunda böyük ölçüdə konstruksiya var. Albina hologram texnologiyasının köməyi ilə öz sayını 5-ə çatdırır. Sonra yenidən 2 rəqqas ifaçıya yaxınlaşır və əsas səhnəyə doğru irəliləyirlər. Əsas rənglər milli finalda olan rənglər yəni, mavi və bənövşəyi rənglərdir. İfaçının səsi və vokalı da kifayət qədər yerində idi. Səhnədə əlavə pirotexnikadan da istifadə edilib. Bu gün visual baxımından hələki ən gözəl çıxışdır desək, yanılmarıq.
– Belçika | 14:00 – 14:30
Qara rəngli minimalist ətək geyinən ifaçını səhnədə bekvokalistlər müşaiət edir. Səhnədə 4 ədəd platforma və solist ilə birgə 5 nəfər var. Led ekranda solistin gözlər görsənir. Səhnə olduqca sadədir. Qaranlıq səhnə və ifaçıları işıqlandıran 3-4 ədəd işıq. Ümümilikdə sadə olsa da, kifayət qədər peşəkar bir nömrə idi. İfaçının canlı ifası da çox yaxşıdır.
– İsrail | 15:40 – 16:10
Və səhnədə İsrail təmsilçisidir. Ağ naxışlı libas geyinən ifaçının ən çox diqqət çəkən məqamı səhnənin Xorvatiyanı təmsil edən Albinanın səhnəsi ilə olan bənzərliyi idi. Edendən əlavə 5 rəqqas da performans göstərirdilər. Səsdə bir neçə yerə əsmələr olsa da, nəticə olaraq elə də pis deyildi.
– Rumıniya | 16:20 – 16:50
Çıxış rəqqaslar yerdə uzanması ilə başlayır. Hər şey klipə bənzəyir. Göy rənglər üstünlük təşkil edir. Arxa LED`də insan seliuetleri var. İkinci nəqarətdə artıq Roxen ikinci səhnəyə keçir. Rəqs yoxdur, müğənni sadəcə hərəkət edir. Geyimi ifaçının böyük maraqa səbəb olub. O səhnəyə idman paltarı ilə çıxıb və bir çoxları tərəfindən birmənalı qarşılanmayıb. Səsi o qədərdə ürəkaçan olmayan ifaçının həyacanlı olduğu açıq aydın bəlli olurdu.
– Azərbaycan | 17:00 – 17:30
Başlanğıcda rəqqaslar və Efendi birgə səhnədədir. İfaçı ilk başda mərkəzdə mahnını ifa etməyə başlayır amma rəqqasələr simmetrik olaraq hərəkətsiz qalır. Müğənni qara paltar geyinib onu 4 rəqqas müşaiət edir. Arxada LED ekranda sarı dariə var. Hansı ki, bu bizə klipi xatırladır. Səhnə hind abu – havasını, həmçinin, Şəki xan sarayının içərisindən bizə tanış olan şəbəkələri xatırladır. Ekrandakı dairə içində mahnının nəqarətində ilan, arxada isə alovlar görünür. Ümumilikdə klipdə gördüyümüz rəqs hərəkətlərindən ibarətdir, lakin bəzi məqamlarda fərqliliklər var. Səs baxımından heç bir çətinlik yaşamayan ifaçını mətbuat nümayəndələri günün ən yaxşı vokalı olaraq nəzərə çatdırırdı. Sona yaxın energetik bir rəqs var idi hansı ki, ifaçı burada çox gözəl rəqs edirdi. Ən sonda isə mahnı bitir və LED ekranda göz əmələ gəlir.
– Ukrayna | 18:00 – 18:30
Qrupun solisti qara rəngli paltar geyinib üzərində isə neon yaşıl tüklərdən ibarət gödəkçəsi var. Rəqqaslar isə ağ geyimdədir. Solist platforma üzərində yerində durub oxuyur, rəqqaslar əllərində işıq saçan halqa ilə rəqs edirlər. Qızılı və ağ rənglərə üstünlük verilib. Ekran bir neçə hissəyə bölünüb və fonda insan fiqurları görsənir və yolda qaçırlarmış kimi effekt yaradır. Səhnə demək olar ki, müxtəlif dekorasiyalar ilə bəzədilib və doldurulub.
– Malta | 18:40 – 19:10
Destiny səhnədə təkdir. Qaranlıq səhnədə fonda çəhrayı və ağ rənglər var. İfaçı çəhrayı libas geyinib. Maltanın 2019 səhnəsini, həmçinin 2018 İsveç səhnəsinin arxafonunu vizual olaraq bənzətmək olur. İfaçı səhnədə dayanıb və tərpənmir. Bəzən isə klipdəki eyni hərəkətləri edir. Platforma üzərində ifa edən müğənni oradan irəliləyib düşür aşağı. Sonda bütün rənglər itir və sadəcə ağ rənglər qalır. İfaçının vokalı möhtəşəmdir. Sarı və ağ fonlar bir-birlərini əvəz edir. Qeyri-adi bir şey baş vermir.
© All rights belong EBU
Photos/videos by: eurovision.tv