Ahoy arena yeni təmsilçiləri qəbul edir. Bu dəfə ikinci yarıfinalın ilk hissəsində yer alan 9 ölkə öz çıxışı üçün səhnədə öz yerini aldı.
Gəlin, öncəliklə ilk məşlərini edən ölkələr hansılar idi və nə zaman səhnəyə çıxdı birlikdə baxaq.
– 10 | Avroviziya 2021: Məşqlərin üçüncü günü
İkinci yarıfinalın birinci hissəsi – ilk məşqləri:
– San Marino | 12:00 – 12:30
– Estoniya | 12:40 – 13:10
– Çexiya | 13:20 – 13:50
– Yunanistan | 14:00 – 14:30
– Avstrya | 15:40 – 16:10
– Polşa | 16:20 – 16:50
– Moldova | 17:00 – 17:30
– İslandiya | 18:00 – 18:30
– Serbiya | 18:40 – 19:10
İndi isə birlikdə günün icmalına nəzər salaq. Təmsilçilər nə etdi, nə kimi yeniliklər, həmçinin təəccüblü anlar baş verdi? Başlayaq!
– San Marino | 12:00 – 12:30
Başlanğıcda Senhit platformada tək dayanıb. Geyimi klipdəki ilə demək olar ki, eynidir. Qızılı rəngə xaça bənzər bir tac başındadır. Platforma klipdəki kimi bir platformadır və fırlanır. Səhnə əlvan rənglərə bürünüb. 4 nəfərdən ibarət üzləri görünməyən rəqqas Senhit’ə qoşulur. Birlikdə platformada hərəkət edirlər demək olar ki, tamamən klipi görürük. Səhnədə bir reper var ama Flo Rida deyil. Sona yaxın işıq şousu var idi və çıxış ikinci səhnədə bitdi. Səsi normal idi. İndiyədək olan çıxışlar içində ən rəngarənglərindən idi demək olar. San Marino’nun ikinci çıxışında şouya alovlar əlavə olundu. İlk məşqdə səhnənin ortasında dayanan reper artıq ikinci səhnədən Senhit’ə yaxınlaşdı və birlikdə ikinci səhnəyə doğru irəlilədilər. Bu məşqdə bəzi məqamlarda səsdə titrəmələr hiss olunurdu. Maraqlı bir fakt kimi səhnədə Flo Ridanı görməsək də, arenadan məşqi izləyən jurnalistlər qrafiklərdə Flo Rida və Senhit adının yazıldığını söyləyirlər. Bu isə o deməkdir ki, biz səhnədə Flo Ridanı görə bilərik.
– Estoniya | 12:40 – 13:10
Növbə Estoniyadadır. Səhnədə tək görünən ifaçı qara fonda mərkəzdə əyləşib. Arxa fonda dairəvi bir işıq əks olunub. Klipdə yer alan su altından olan kadrlardan çıxış zamanı təqdim olunur. Mavi qara, qırmızı və ağ fonlardan ibarət olan səhnə çox səliqəli görünür və zəmində, həmçinin əsas ekranda su/tüstü effekti yaradılıb. İlk başda mavi rəngdə olan bu ekran daha sonra qırmızı rəng alır. İfaçının səsi çox gözəl idi amma diqqət çəkən bir məqam var idi ki, o da bekvokalçıların səsləri çox yüksək dərəcədə gəlirdi. Hər hansı əsmə hiss olunmadı. Bir qədər səhnə ötən ilin qalibi Duncanın səhnəsini xatırlatdı.
– Çexiya | 13:20 – 13:50
Sıra öz mahnısı ilə bizi “omaga” dedirtməli olan Çexiya idi. İfaçı səhnədə yer alan LED ekranın arxasından mahnısının açılışını edir. Ekran iki hissəyə bölünür, ifasını etməyə başlayır və səhnənin mərkəzinə gəlir.
Benny öz imicində müəyyən dəyişikliklər edib ki, bunlardan ən önəmlisi saç düzümüdür. O saçlarını kəsdirib və ağ rəngə boyadıb. Geyim olaraq sarı jaketdən istifadə edib ki, bu da ağ/qara ekran ilə birlikdə gözəl harmoniya yaradırdı.
İfaçının səhnədə olan rahatlığı və səhnəyə olan hakimliyi digər təmsilçilərdən yaxşı mənada fərqlənsə də səsdə müəyyən qədər çətinliklər yaşanırdı.
İfaçıya 4 rəqqas müşaiət edir və onlar birikdə rəqs edirlər. Səhnədə 4 ədəd işıq dirəyi qoşulub. Benny mahnının sonuna yaxın ikinci səhnəyə tərəf gedir və burada ifaya davam edir.
Sonda isə yerdə əyləşir və kamera öndən çəkiliş edərək ifaçıya zillənir. Bu sırada Benny gözlərini tam olaraq kameraya baxaraq mahnısını sonlandırır.
– Yunanistan | 14:00 – 14:30
Səhnədə tək başlayan Stefania maraqlı bir səhnə obrazı yaradıb. Bənövşəyi ağ və boz rənglərin ahəngliyi çox gözəl görünür. Üzərində çox parlaq bir geyim var.
Holoqram effekti burada da öz əksini tapıb. Belə ki, şou bizə Sergey Lazarevin 2016-cı ildə etdiyi şounu xatırladır. Böyük bir ekran var və üzərində hərəkət edir. (İlk məşqdə pilləkanlar nisbətən görünür) işığın mərkəzində dayanan ifaçıya digər rəqasslar qoşulur. Onlar elə də rəqs şousu sərgiləmir lakin birlikdə sanki səmaya doğru uçurlar kimi bir effekt yarandı. Həmçinin, effekt vasitəsilə Stefania sanki 2 hissəyə bölünür və uçur. Rəqqasların isə üzləri və bədəni bir anda yoxa çıxır.
Səsi bizləri təəccübləndirməyi bacardı və demək olar ki, heçbir problem olmadan ifa etdi.
– Avstrya | 15:40 – 16:10
Danışmaq üçün çox birşey yoxdur. Sadəcə möhtəşəm vokal və işıq şousu baş tutdu. Səhnədə ilk başda ekrana yaxın duran ifaçı daha sonra səhnənin mərkəzinə gəlir və ifasına buradan davam edir.
İşqların harmoniyası çox gözəldi, mahnını ifa etdiyi platforma bizə 2020 Norveç təmsilçisi Ulrikke’ni milli final şousunu xatırlatdı. Səhnədə tünd rənglər və tüstüdən istifadə edilib. Geyimi qara və üstü iri qaşlı daşlarla bəzədilən Vincetin səsində hər hansı problem yaşanmadı.
Jurnalistlər məşq zamanı bugünədək işıqlardan ən doğru şəkildə istifadənin Avstryanın etdiyini söylədilər və finala keçməsinin mümkünlüyünün çox böyük olmasını qeyd etdilər.
– Polşa | 16:20 – 16:50
Klipi səhnəyə bir qədər fərqli tərzdə gətirən növbəti ölkə Polşa oldu.
Ağ/qara geyimli ifaçı və rəqqaslar səhnədə öz yerini alır. Arxafonda neon işıqlar və rənglərdən istifadə edilib. Diskoteka abu-havası yaratmağa çalışan Polşa öz ölkə sevgisini səhnədə göstərir və yuxarıda olan ikinci ekranda Warsaw yazıları əks olunur. Mərkəzdə sona yaxın toplaşan ifaçı və rəqqaslar sinxron olaraq klipdəki kimi eynəkləri taxır. Həmçinin rəqqasların ovuclarında işıqlar quraşdırılıb.
İfaçının səsi heç xoşa gələn olmayıb. İndiyədək olanlar arasında vokalda ən böyük səhvlər məhz Rafal tərəfindən olub.
– Moldova | 17:00 – 17:30
Səhnədə bu dəfə yerini alan digər ölkə Moldova təmsilçisi oldu. O da səhnədə çəhrayı və neon rənglərdən istifadə etmiş bir iştirakçı idi. Çox gözəl qaşlardan ibarət libası var. 4 nəfər qara rəngli kostyum geyinən rəqqaslar ona müşaiət edir. Mahnının girişində rəqqaslar elə bir formada dayanır ki, sanki Natalia kreslo üzərində əyləşib. Birlikdə klipdəki xareqrafiyanı həyata keçirirlər.
Natalia demək olar ki, yerində tərpənmir və fırlanan platforma üzərində dayanır. Arada rəqqaslar aşağı düşür və rəqs edir sonra isə təkrar ifaçının yanına gəlir Arxa fonda kvadrat və düz xətlərdən ibarət mavi-ağ-çəhrayı rənglər əks olunur.
Səsində əsmələr yetərincə aydın hiss olundu. Həmçinin, ifaçı çox həyacanlı görünür.
– İslandiya | 18:00 – 18:30
Favoritlərdən olan Islandiya məşqini tamamladı.
Bu çıxış da digərləri kimi klipi xatırladırdı.Arxa fonda kosmos var idi.
Ümumilikdə fonda göy qurşağının bütün rənglərindən istifadə olunub və klipdeki kimi oyunu xatırladırdı
Müğənninin səsi də normal idi.
– Serbiya | 18:40 – 19:10
“Hurricane” qrupu səhnədə qara rəngli daş-qaşlı paltarlar geyinib. İfaçılar səhnədə əsasən ağ-qara işıqlara üstünlük versələrdə, sona yaxın yenə çəhrayı rəngdən istifadə edilib. Mahnıda qızlar rəqs nömrəsi göstərirlər və sona yaxın diskotek topu enir səhnəyə.
Hurricane qrupu sözün əsl mənasında tufan qopardı. Hər 3 ifaçı çox böyük bir peşəkarlıqla səhnəni ələ almışdı. Eleni Foureira rüzgarları əsirdi səhnədə.
© All rights belong EBU
Photos/videos by: eurovision.tv