SƏS UŞAQLAR SONA ÇATDI – QALİB BƏLLİDİR!

Uzun müddətdir gözlənilən “Səs Uşaqlar” layihəsinin finalı baş tutub.

Finalda hər komandadan 2 nəfər olmaqla 6 nəfər, Əminə və Yalkı, Zəminə və Sona, İskəndər və Adelina bir biri ilə mübarizəyə qoşuldu.

Açılışı Avroviziya 2009 mahnımız “Always” -i birgə ifa edərək edən iştirakçılar ardıyca mübarizəyə başladı.

İlk öncə Çingiz Mustafayevin komandasından Əminə və Yalkı səhnədə ifa etdi.

YouTube player
YouTube player

Ardıyca Xalq Artisti Zülfiyyə Xanbabayevanın üstadlığını etdiyi Sona ilə Zəminə öz çıxışları üçün səhnədə öz yerlərini aldı.

YouTube player
YouTube player

Sonda isə Murad Arifin komandasında yer alan İskəndər və Adelina öz performanslarını sərgilədi.

YouTube player
YouTube player

İfaçılar öz çıxışlarını tamamladıqdan sonra üstadlar öz seçimlərini açıqladılar və Finalda iştirak edən adlar belə oldu.

• Əminə
• Sona
• Adelina

Finalistlərin ardıyca Xalq Artisti Tünzalə Ağayeva “Şuşam mənim” mahnısını ifa etmək üçün səhnədə öz yerini alır.

Ardınca super final baş tutdu. Super finalın ilk çıxışları ustadlarla duet oldu.

Super finalın ilk dueti Çingiz və tələbəsi Əmində oldu. Onlar Avroviziya 2019-da Azərbaycanı  təmsil edən “Truth” mahnısını ifa etdilər.

Super finalın ikinci dueti Sona və Zülfiyyə Xanbabayevanın “Ayrılaq” dueti oldu.

Super finalın üçüncü dueti Murad Arif və Adelinanın “Yalnız səni gözlədim” mahnısı oldu.

Daha sonra isə super finalın solo çıxışları başladı. Çingizin komandasından olan Əminə “Beautiful” mahnısı ilə öz möhtəşəm səsi ilə səhnəni ələ almağı bacardı.

Super finalın ikinci finalçısı Sona məşhur “It’s A Man’s Man’s World” mahnısı ilə çıxış edib.

Qazaxıstandan ölkəmizə qədər gəlib çıxan Adelina super finalda öz çıxışını başa vurub. Murad Arifin komandasından olan Adelina Beyonce-in ən möhtəşəm mahnılarından biri olan “Listen”-i ifa edib.

Bütün ifalar yekunlaşdıqdan sonra ölkəmizi Avroviziya 2020 və 2021-də təmsil edən Efendi öz mahnısı “Cleopatra”-nı ilk dəfə olaraq canlı ifa etdi və bununla da səsvermə yekunlaşdı.

Yarışmanın qalibi isə tamaşaçıların yekun səsi ilə bəlli oldu. Müsabiqənin qalibi 53% səslə Çingizin komandasından olan Əminə oldu.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading