AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ 8 MAYDA ROTTERDAMA YOLA DÜŞÜR

Bu gün Instagram hesabımızda Azərbaycan nümayəndə heyətini hal-hazırda Rotterdamda təmsil edən Abas və Mədinə ilə canlı bağlantıya çıxmaq imkanımız olub. Söhbətimiz zamanı bir sıra maraqlı məqamlara toxunduq, bəzi suallara cavab tapdıq.

Son günlərdə bir çox Avroviziya həvəskarını maraqlandıran suallardan biri olan, nümayəndə heyətimizin Rotterdama hansı tarixdə yola düşəcəyi idi.

Canlı yayım zamanı Abas bəy bu suala aydınlıq gətirib. Belə ki, Azərbaycan nümayəndə heyəti, ölkəmizi təmsil edən Efendi ilə birlikdə 8 may tarixində Rotterdama yola düşəcəklər. Heyət 3 qrup şəklində Niderlanda yollanacaq.

Qeyd edək ki, hal-hazırda Rotterdamda hamının gözü Ahoy Arenadadır. Orada iştirakçı ölkələrin nümayəndə heyətlərinin gəlməmişdən öncə son texniki məşqlər keçirilir və bütün avadanlıqlar test edilir.

Mədinə xanım söhbətimiz zamanı İsveçrənin canlı səhnə performansını görmək imkanı olduğunu bildirib. Onun sözlərinə görə, bizi çox maraqlı və gözəl bir performans gözləyir. Onların sözlərinə görə İsveçrə üçün səhnədə çox gözəl şou hazırlanıb.

Canlı efiri izləməyi unutmusunuzsa və ya yenidən izləmək istəyirsinizsə, buradan izləməyiniz mümkündür.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading