Niderland Hökuməti Avroviziya Mahnı Müsabiqəsinin azarkeşlərin, heyət üzvlərinin, mətbuatın və iştirakçıların sağlamlığı və təhlükəsizliyini təmin edən sərt şərtlər daxilində limitli tamaşaçı sayı ilə baş tutacağını təsdiq etmişdir.
Maksimum 3500 tamaşaçıya arenaya girməyə icazə veriləcək, bu isə Rotterdam Ahoy arenasının tutumunun təxminən 20 %-dir. Biletləri yalnız 2020-ci il şousu üçün bilet alanlar əldə edə bilərlər. Ümumi satış planlaşdırılmır.
Avroviziya Mahnı Müsabiqəsinin İcraçı direktoru Martin Österdahl xəbəri məmnuniyyətlə qarşılayıb:
“Rotterdamda 3 canlı şouda və 6 geyim məşqində tamaşaçıları qarşıladığımız üçün xoşbəxtik. Gələn ay Avroviziya mahnı müsabiqəsini geri gətirdiyimiz zaman dünya izləyəcək və milyonlarla insan televiziyadan və onlayn şoudan zövq alacaq. Sənətçilərin, nümayəndə heyətlərinin və heyət üzvlərinin zəhmətinin Ahoydan canlı izləyicilərlə paylaşılmasından məmnunuq. Fieldlab tədbirləri proqramı çərçivəsində heyətləri ən yüksək səviyyədə qarşılamaq tamaşaçılar üçün əla bir atmosfer yaratmağa kömək edəcəkdir. Bu çətin anda Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmək və iştirak edənlərin hamısının sağlamlığı və təhlükəsizliyini qorumaq məsuliyyətini yüngül saymırıq və bizim üçün bütün heyətlərin hər bir tədbirdə iştirakı ən vacib məsələdir.”
Yarışmanın icraçı prodüseri Sieste Bekker də öz fikirlərini bölüşmüşdür:
“45-dən çox ölkədə 180 milyon izləyici ilə, tezliklə ev sahibi ölkə olaraq beynəlxalq diqqət mərkəzində olacağıq. Bunu diqqətlə və məsuliyyətlə etmək istəyirik, buna görə əvvəlcə sağlamlıq və təhlükəsizliklə ciddi tədbirlər görürük”
“Heyətlər, mətbuat və müğənnilər üçün COVID-19 protokolu artıq mövcuddur və beynəlxalq təftiş, nəzarət, təhlil və sertifikatlaşdırma sahəsində lider olan SGS agentliyi tərəfindən sınaqdan keçirilmişdir.”
“Heyətdə olan nümayəndə sayı xeyli kiçildilib. Nümayəndə heyətləri daha kiçikdir və əksər jurnalistlər Avroviziya Mahnı Müsabiqəsini bu il onlayn mətbuat mərkəzimizdə evdən izləyəcəklər. Rotterdam Ahoy-də hər 48 saatdan bir test keçirərək və ifaçıların ‘Təhlükəsiz Liman’ bölgələrimizdən hərəkət etmələrini təmin edərək, koronavirusu mümkün qədər uzaq tutmaq istəyirik ”
Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar nümayəndə heyətlərinə müxtəlif protokol və sənədlər göndərilibdir. Hər bir ölkənin buna əməl etməsi mütləqdir.
Bizim bu ilki nümayəndə heyətimiz də Rotterdama bir neçə partiya ilə gedəcək. Heyət 2 yerə bölünəcək və hər dəfə komandanın bir hissəsi yola düşəcək. Komandanın çox az bir hissəsi bu il Rotterdama gedəcək, yerdə qalanlar, vokal treyneri də daxil olmaqla, Bakıda qalacaq və onlayn formada fəaliyyət göstərəcəkdir. Məşqlərin artıq gələn həftədən başladığını nəzərə alsaq, yəqin ki, hər hansı bir problem olmasa, artıq nümayəndə heyətləri bir neçə günə Rotterdama yollanacaqdır.