EFENDİNİN SƏHNƏ PALTARI ÜZƏRİNDƏ MƏŞHUR DİZAYNER ÇALIŞIR

“12 xal” Eurovision Azərbaycan blogu olaraq eksklüziv xəbərlərlə davam edirik.

“Avroviziya 2021” ilk yarımfinalına artıq bir aydan az bir zaman qalıb. Bütün ölkələr artıq son hazırlıq işlərini görürlər, Rotterdamda səhnə tikilişi tamamlanır və artıq bir neçə gün sonra ilk məşqlər başlayacaq.

Və bu məqamda sizlərə Azərbaycanın müsabiqə üçün hazırladığı məqamlar haqqında xəbər vermək istəyirik.

Rəngbərəng və işıltılı bir səhnə şousu bizi gözləyir.” Bu barədə bizə son müsahibəmizdə ölkə təmsilçimiz Samira Efendi özü məlumat vermişdi.

 

YouTube player

Bununla yanaşı Samira paltarlara böyük aksent vermişdi. Bu əbəs yerə deyildi. Çünki Efendi və rəqqasların səhnə geyimi üzərində dünyaca məşhur bir dizayner işləyir.

Adının kim olduğunu daha bir neçə gün sirr olaraq saxlayacağıq. Gözləriniz bizdə olsun ki, ilk siz xəbərdar olasınız.


Xəbəri yazarkən mənbə bildirməyi unutmayın.

Leave a Reply