Efendi öz mahnısı “Mata Hari”-in həzn versiyasını təqdim edib.
Bu versiyada Efendi rəqqasə və casus Mata Hari-in dəbdəbəli həyatından deyil, onun həyatının qaranlıq, qəmgin və sirli keçmişini tamaşaçılara özünəməxsus bir havada çatdırıb.
Əsas diqqət çəkən məqam isə mahnıda milli alətimiz olan balabanın istifadə olunmasıdır. Sona yaxın səslənən balabanın qəlbə toxunan səsi Efendini müşaiət edərək ona öz səsini çatdırmağa kömək edir və artıq bütün Avropaya tanış olan “Yalan da mən, yanan da mən, yaman da mən” hissəsi ilə emosional bir kuliminasiyaya çatır.
Bu versiya Josh Earl tərəfindən hazırlanıb, musiqi prodüseri Rustam Rzayevdir. Klipə isə Farhad Ali rejissorluq edib.