Bu gün Avroviziya 2021 nümayəndə heyyətinin rəhbəri İsa Məlikov Azərbaycan Dövlət Televiziyasında axşam proqramlarından biri olan “1az TV”-də qonaq qismində iştirak edib.
Bir çox mövzuda müzakirə edən bəstəkar, aparıcıların müsabiqə ilə bağlı sualları haqqında da maraqlı açıqlamalar edib.
O, bu il müsabiqədə iştirak edən ölkələrin karantinlə bağlı ötən ilə nisbətdə daha güclü mahnılarla qatıldığını, daha yaxşı hazırlaşdıqlarını və qalib olmağa namizəd bir neçə mahnının olduğunu söyləyib.
Məlikov eyni zamanda bu il müsabiqənin necə baş tutacağı haqqında da söz açıb və qaydalarda edilən əsas dəyişikliklərdən bəhs edib.
Onun sözlərinə görə bu il nəinki tamaşaçılar, hətta ölkə nümayəndəliklərinin heyyətində də azalmalar olacaq və xüsusi sağlamlıq yoxlanışlarından keçiriləcək. Hətta nümayəndə heyyəti ehtiyac olmadığı təqdirdə oteldən kənara çıxa bilməyəcək və yalnız oteldən çıxaraq arenaya gedə biləcək.
O, həmçinin müsabiqədə ölkəmizi təmsil edən Efendidən və mahnısından da bəhs edib.
Mahnı seçimi zamanı Samira üçün 6 mahnı seçilmişdi və Focus Group’a təqdim olunmuşdu. Fərqli stillərdə, həzn, ritmik pop, hətta latin tərzində mahnılar göndərilmişdi və mən “Mata Hari”-dən daha çox ballada tərzdə digər mahnının seçiləcəyinə inanırdım. Amma səsvermə nəticəsində böyük səs çoxluğu ilə “Mata Hari” seçildi.
Mahnı seçilmədən öncə isə komanda olaraq ötən ilki mahnı ilə bu ilki mahnının bağlantılı olması haqqında hər hansı fikrimiz yox idi.
One thought on “İSA MƏLİKOV: MƏN BALLADA MAHNI SEÇİLƏCƏYİNİ GÖZLƏYİRDİM”