65-ci Avroviziya mahnı müsabiqəsinin finalı 22 mayda baş tutacaq. Bu gün edilən açıqlama isə müsabiqənin pərəstişkarlarını sevindirib. Belə ki biz səhnədə yenə də ötən illərin qalib mahnılarını final interval şousunda görəcəyik.
22 may tarixində baş tutacaq şou “Rock The Roof” adlanır və müsabiqənin 65-ci ilinə həsr olunub. Ötən illərdən avroviziya qalibləri öz qalibiyyət mahnılarını ifa edəcək. Bu şəsxlər isə aşağıdakılardır:
1.Lenny Kuhr (De Troubadour,1969) 2.Teach-In & Getty Kaspers (Ding-a-dong, 1975)
3.Sandra Kim (J’aime La Vie, 1986) 4.Helena Paparizou (My Number One, 2005)
5. Lordi (Hard Rock Hallelujah, 2006)
6. Måns Zelmerlöw (Heroes, 2015).
Sieste Bakker öz fikirlərini belə paylaşmışdır:
“Avroviziya mahnı yarışması bir ildən sonra geri döndü. Milyonlarla izləyicini şəhərin mərkəzində üç yerdən bənzərsiz tamaşalarla əyləndirmək üçün kifayət qədər səbəbimiz var. Bu möhtəşəm aktın adı xüsusi bir səbəbdən “Roof the Rock” adlanır. Sözün əsl mənasında böyük yüksəkliklərdə çəkiliş aparmaqla Avropanı yaradıcı və vizual baxımdan təəccübləndirmək istəyirik. Rotterdam belə tez unudulan deyil. ”