Azərbaycanın bu ilki səhnə şousunun rəhbəri bəlli olub.
Mads Enggaard Avroviziya 2021 mahnı müsabiqəsində ölkəmizi təmsil edən Efendinin “Mata Hari” mahnısı üçün səhnə performansı üzərində çalışacaq.

Direktor daha öncə 2019-cu ildə Çingizin ” Truth” mahnısının ərsəyə gəlməsinə rəhbərlik etmişdir. Eyni zamanda o, Danimarkanın 2005,2010 və 2019-cu il çıxışlarına da rəhbərlik etmişdir.
Onun işlərinə nəzər yetirsək görərik ki, 2019-cu il üçün hazırladığ hər iki çıxış böyük rəğbət qazanıb insanları təəccübləndirməyi bacarmışdı. Təmsilçimiz Efendinin də qeyd etdiyi kimi yarım final çıxışı üçün möhtəşəm bir səhnə nömrəsi gəlir.
