Komandamızdan Şəmistan bu il Ruminyanı “Avroviziya 2021”-də təmsil edəcək Roxenlə həmsöhbət oldu. Müsahibəni 12 Xalın rəsmi Youtube kanalında izləyə bilərsiniz. Təmsilçi ilə baş tutan səmimi söhbətdə Roxen öz yarışma yolu, karyerası və öz çıxışı barəsində bir neçə detalı izləyicilərlə bölüşüb.
Yarışmada iştirak etməsi ilə bağlı verilən suala ifaçı belə cavab vermişdir:
“Keçən il daxili seçim prosesi ilə peşəkar jürilər tərəfindən seçilmişəm. Özüm bir neçə ildir ki yarışmanın pərəstişkarıyam və belə bir imkandan yararlanmaq çox sevindirici bir haldır. Evimizdə də anamla hər il Avroviziya gecələri olur.“
Roxen həmçinin yarışmanın ləğv olunduğunu eşidəndə əhvalının korlandığını da qeyd edib. Dediyinə görə artıq 2-ci dəfə təmsilçi olacağını eşidəndə çox sevinib, çox işləyib və fərqli mahnılar ərsəyə gətirmişdir. O “Alchol You” mahnısı üzərində çox işlədiyini və keçən il çox pis hislər keçirdiyini də vurğulayıb.
Daha sonra ifaçı bu ilki mahnısı “Amnesia”-ın necə yaranmasından da bəhs edib:
“Mahnı bir neçə fikrin bir araya gəlməsindən yaranıb. Mahnıda İlayda mənimlə birgə işləyib. Bizim aramız çox gözəldir. Ümumiyətlə, yalnız bir insana deyil, bütün insanlara xitab edəcək mahnı yazmaq istəmişəm ki, yalnız olsalar belə mən həmişə yanlarındayam.”
İfaçı seçim prosesində başqa mahnıların olduğunu, lakin hazırki mahnısının qalib olduğunu habelə, digər mahnıların da daha sonra təqdim olunacaqlarını qeyd edib.
İfaçı mahnısının bir gün əvvəl sızmasına da münasibət bidirmişdir. O qeyd edir ki, mahnı sızanda ağlayıb lakin, insanları anladığını və marağın olmasını da normal qarşılayıbdır.
Söhbətin gedişində əsas mövzulardan biri də Roxenin səhnə çıxışı oldu. Roxen bilidirir ki, səhnədə görəcəyimiz çıxış klipdəki ilə təxminən eyni olacaq. Bundan əlavə surprizlər də tamaşaçıları gözləyir. Hal-hazırda da işlər gedir və Roxen hələ də öz ehtiyat çıxışını lentə almadığını deyib.O həmçinin ehtiyat çıxışın Rotterdamdakı çıxışla oxşar olacağını və çox həyəcanlı olduğunu qeyd edib.
Roxen bu ilki mahnılar barəsində də öz fikirlərii paylaşmışdır:
“Bu il İtalya, Bolqarıstan- çox möhtəşəmdir və hətta Moldovanı belə bəyənirəm. Hər kəs böyük səy göstərir və burada onların əzyitəni yerəvurub seçim etməm düzgün olmaz. Onların hamsı mənim üçün əzizdir.”
Müsahibənin tam versiyasını daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz.