SENHİT ADRENALİNA MAHNISI İLƏ SAN MARİNONU TƏMSİL EDƏCƏK

San Marinonu bu il də yarışmada Senhit təmsil edəcək. Bu il isə o, “Adrenalina” mahnısını Rotterdamda səsləndirəcək.

Avroviziya mahnı müsabiqəsi ləğv olunduqdan 1 həftə sonra, San Marino milli yayımçısı Senhitin “Avroviziya 2021”-də təmsil etmək üçün seçildiyini elan etdi. Keçən il ifaçı öz ölkəsini “Freaky” adlı ifa ilə təmsil ediri. Senhit Zadik Zadik, səhnə adı Senhit, 2011-ci ildə Stand By mahnısı ilə San Marinonu təmsil etdiyi üçün Avroviziya üçün yad deyil. Bu il o, artıq üçüncü dəfə yarışmada iştirak etmiş olacaq

Bolonya’da anadan olan 41 yaşında bir İtalyan müğənnidir, 2000-ci illərin əvvəllərində “Senhit” (2006) adlı albomu ilə şöhrət qazanmışdır. Qarşıdakı üç ildə isə onun daha iki albomu çıxdı. Yalnız ifaçılıq karyerası ilə yanaşı, Senhit, İsveçrədə və Almaniyada “Fame” və ya “The Lion King” kimi musiqili filmlərdə rol alması ilə də tanınır.

San Marino “Avroviziya”-da iştrak etmiş ən kiçik həmçinin də, ən yeni ölkələrdən biridir. Müsabiqəyə 10 dəfə qatılsa da bunlardan yalnız ikisində böyük finala vəsiqə qazana bilmişdir: 2014 və 2019

YouTube player

Mənbə: EurovisionWorld

Leave a Reply