UKU SUVİSTE YENİDƏN AVROVİZİYADA

Uku Suviste ardıcılıq olaraq ikinci il də “Eesti Laul-da qalib gələrək Estoniyanı “Avroviziya 2021”-də təmsil etmə şansı qazandı. Bu dəfə o “The Lucky One” mahnsı ilə çıxış edəcək.

“Eesti Laul” finalında 12 super ulduz Estoniyanın Rotterdam bileti üçün yarışdı. İki tur davam edən səsvermədən sonra qalibi müəyyənləşdi. Birinci olaraq, münsiflərin səsləri və ictimai səslərin 50/50 birləşməsi ilə ilk üç mahnı seçildi. Başlanğıcda, Sissi, Andrei Zevakin & Pluuto və Karl Killing çoxsaylı münsiflər heyətindən yüksək bal topladıqdan sonra erkən liderlik edirdilər. Ancaq əlavə ictimai səslərlə Jüri Pootsmann, Uku Suviste və Sissi ümumilikdə birinci yerə çıxdı və son mərhələyə vəsiqə qazandılar.

Sonra yalnız ictimai səslər vasitəsi ilə qalibin kim olduğuna qərar veilrdi. Nəticədə, Estoniya xalqı Uku Suvisteyə ən çox səsi verdi.

Ayrıca, Uku, 2009-cu ildə formatın tətbiq olunmasından bu yana iki dəfə yarışmada qalib gələn ilk və yeganə Eesti Laul iştirakçısı kimi tarixə düşdü. Üstəlik bunu ardıcıl olaraq etdi. Müsabiqədə Uku Suviste ikinci yarımfinalın ilk yarısında “The Lucky One” mahnısını ifa edəcək.

YouTube player

Mənbə: Wiwiblogss

Leave a Reply