İtalyan “Sanremo” Musiqi Festivalı 2021, beş gecəlik musiqi, möhtəşəm ifaçılar və diqqətəlayiq qonaqlarla birlikdə sona çatdı. Müsabiqədə “Zitti e buoni” mahnısı ilə Måneskin qrupu qalib gəldi və ölkəsini “Avroviziya 2021” -də təmsil edəcək.
Bu il 71-cisi keçirilən İtaliyanın məşhur musiqi yarışması Sanremo hər il olduğu kimi bu il də yadda qalan oldu. Tarixi Avroviziyadan daha qədim olan müsabiqə əslidə Avroviziyaya ilham verən yarışma olmuşdur. Bu gecənin finalında, İyirmi altı sənətçi mahnılarını son dəfə səsləndirdi. Əvvəlki gecələrin üstünə xalq səsverməsidəki nəticə də əlavə edildikdən sonra 3 iştirakçı böyük finala vəsiqə qazandı və onlarından arasından eçilən “Zitti e buoni” mahnısı müsabiqədən qalib olaraq ayrıldı.
Qrupun adı danimarka dilindən tərcümədə ay işığı mənasını verir. Baş vokalçı Damiano David, basçı Victoria De Angelis, gitaraçı Thomas Raggi və təbilçi Ethan Torchio’dan ibarət bir İtalyan rok qrupudur. Qrup, 2017-ci ildə İtaliyanın X Factor istedad şousunda ikinci yeri tutduqdan sonra populyarlaşdı. Qrup üzvləri eyni orta məktəbin tələbələri kimi bir-birləri ilə tanış olmuşdular. Qrupun adı yeni çıxmaqda olan qruplar üçün yerli musiqi yarışması olan Pulse-də qeydiyyatdan keçməli olduqları zaman seçildi. Bu ad qrupun yarı Danimarkalı, yarı İtalyan üzvü Victoria tərəfindən seçilmişdir. 2017-ci ildə çıxan ilk sinqli Chosen, Sony Music tərəfindən çıxarıldı və İtaliya FIMI Singles-da 2-ci sırada yer aldı.
İtaliya 45 dəfə Avroviziya mahnı müsabiqəsində iştirak edib. 1964-cü ildə “Non Ho L’étà” mahnısıyla və 1990-cı ildə “Insieme: 1992” mahnısıyla iki dəfə qələbə qazana biliblər. Ən pis nəticə isə 1966-cı ildə sonunculuq olub.
Mənbə: EurovisionWorld