Şənbə günü Dansk Melodi Grand Prix 2021 üçün 8 iştirakçı səhnəyə çıxdı. Hamısı mükafatı evlərinə götürüb “Avroviziya 2021”-də Danimarkanı təmsil etmək hüququ qazanmağı ümid edirdi. Ancaq nəticədə yalnız biri qalib gələ bilərdi və bu Fyr & Flamme oldu.
İkili Rotterdam da öz ölkələrini “Øve os på hinanden” mahnısı ilə təmsil edəcəklər. Qeyd edək ki, bu mahnı tam olaraq xalq səs verməsi ilə seçildi və digər mahnıların hamısını üstələdi. Bir çox ölkədən fərqli olaraq Danimarka yeni təmsilçi ilə yarışacaq.
Fyr & Flamme obrazının arxasındakı iki oğlan Jesper Groth və Laurits Emanueldir. Jesper Groth, Danimarka ictimaiyyətinə daha çox bir aktyor olaraq, xüsusən “Sygeplejeskolen” serialından tanınır. Laurits eyni zamanda “The Grenadines” qrupunun bir hissəsidir. Birincisi “Menneskeforbruger” olan və tez bir zamanda radio hitinə çevrilən üç singl buraxdılar. Stilləri isə səksənləri yansıdır : Həm musiqinin səsi, həm də təqdimat: Neon rənglər, sintezator və tərzləri. Eyni zamanda qrupun ifa etdiyi digər mahnılarda da onların orjinallığı nəzərə çarpır.
Mənbə: EurovisionWorld