12 SUAL PROQRAMININ YENİ MÖVSÜMÜ BAŞLADI

“12 xal” komandasının təqdimatında “12 sual” proqramı qaldığı yerdən eyni həyəcanla davam etməkdədir. Yeni mövsümün ilk proqramında isə qonağımız “eksklüziv” biridir.

Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində nümayəndə heyətinin rəhbəri, Avroviziya şərhçisi və ümumiyyətlə ölkədə Avroviziya deyilincə ağla gələn ilk şəxslərdən biri olan – Hüsniyə Məhərrəmova proqramımızın yeni mövsümündə ilk qonağımız oldu. Proqram boyunca bizlə öz dəyərli düşüncələrini paylaşan aparacı bir çox maraqlı məqama da nəzər saldı.

Müsahibə zamanı Hüsniyə xanım ilk olaraq öz keçmişində baş verənlərdən və İTV rəhbərliyində Avroviziya yarışmasına ilk olaraq necə qoşulduqlarından danışıb. Bu zaman teleaparıcı öz xoş xatirələrindən və bəzi Azərbaycan təmsilçilərindən də bəhs edib.

Sizin üçün Avroviziya nədir sualına isə Hüsniyə xanım belə cavab verdi : “Ümumiyyətlə, bu müsabiqə mənim üçün peşakar bir platforma oldu. Mənə bir çox təcrübə qazandırdı və hal-hazırda peşakar bir kadr olmağım məhz bunun sayəsindədir”. Lakin buna baxmıyaraq, adının yalnız Avroviziya ilə hallanmasının bəzən bezdirici bir hal aldığını da etiraf etdi.

Hüsniyə xanımın toxunduğu digər məsələlərdən biri isə “Avroviziya”-da ölkəmizə qarşı edilən ayrı seçkilik idi. O, yarışma zamanı bunun açıq-aşkar hiss olunduğunu lakin nümayəndə heyətimizin necə əzm və professionallıq göstərdiyini də bildirdi. Eyni zamanda sevindirici məqamdır ki, son zamanlarda qazandığımız siyasi və hərbi üstünlük, artıq dünya arenasında başımızın daha dik olmasına və bizə qarşı edilən ayrı-seçkiliklərə də verilmiş ən gözəl cavab olacaq.

Müsahibə zamanı məşhur teleaparıcı Avroviziya xatirələrindən bəhs edərkən 2010, 2015-ci illərin onun üçün xüsusi olduğunu bildirib. 2015-ci ilin xüsusi olmağının əsas səbəbi isə o il bizi müsabiqədə təmsil edən Elnur Hüseynovdur. Elnurun tükənməz enerjisi və onun pozitiv əhval-ruhiyyəsi hər kəsi öz işinə daha da kökləmişdir. Bu barədə danışarkən Hüsniyə xanım Elnurla olan əyləncəli xatirələrindən də bizə bəhs etdi.

Hüsniyə 2021-ci ildə ölkəmizi “Avroviziya”-da təmsil edəcək heyətin uğurlu bir iş ortaya çıxaracağına ürəkdən inanır. O hər il olduğu kimi bu il də ölkənin layiqincə təmsil olunacağına əmindir və eyni zamanda, Efendiyə uğurlar arzuluyur. Biz də 12 xal komandası olaraq bu il Efendinin başımızı uca tutacağına və yüksək nəticə əldə edəcəyinə inanırıq.

YouTube player

Leave a Reply