AZƏRBAYCAN VƏ CLEOPATRA YAZARLARI YENİDƏN BİRLİKDƏ?

“Avroviziya” yarışmasında mahnıların AYB-yə (Avropa Yayım Birliyinə) təqdim olunması üçün tələb olunan son günə cəmi sayılı həftlər hətta günlər qalıb. Artıq cəmi 10 gün sonra bütün “Avroviziya 2021” mahnıları bəlli olacaq.

Elə bu zamanda da həyəcanla dolu fanatlar və bəstəkarlar hər gün yeni xəbərlər və mahnılarla əylənib, sevinirlər. Artıq bir çox ölkələr mahnılarını təqdim edib, bəziləri isə təqdimat tarixini açıqlayıb. Ölkəmiz Azərbaycan isə nisbətən daha sakit olmağı seçib. Bu da təbii olaraq pərəstişkarlarda da böyük maraq oyadır. Bütün fanatlar böyük səbrsizliklə ölkəmizdən gələcək xəbərləri izləyib həyəcəcanlarına daha da çox həyəcan qatırlar.

Azərbaycanın “Avroviziya 2021” mahnısını ötən ilin “Cleopatra” yazarları tərəfindən yazılıb?

Getdikcə təqdimat tarixinə yaxınlaşırıq. Artıq cəmi 10 gün sonra bütün “Avroviziya 2021” mahnıları bəlli olacaq. Hər bir ölkə bir-bir mahnısını təqdim edir.

Bir-neçə gün öncə biz sizə söylədik ki, “çoxdandır istədiyiniz və gözlədiyiniz bir şey bu il Efendinin təqdimatında olacaq”, lakin bu nə ola bilər?

Bu gün ötən il Azərbaycan üçün “Cleopatra”-nı yazmış səsyazma studiyası “Rocaville” keçən ilki mahnının müəllifləri Hollandiyalı Luuk Van Beers və Tony Cornelissen’i qeyd edərək “tezliklə bəzi fantastik xəbərlər var” dayə bir paylaşım edib. Bu iki mahnı yazarından yanaşı Aemes adlı ifaçı və mahnı yazarı da qeyd edilib.

Bəs siz nə düşünürsünüz? Bizim bu ilki mahnımızın yazarları yenidən bu Hollandiyalı tandem ola bilər?

Hər halda bunu çox yaxın bir zamanda öyrənəcəyik. Ötən dəfə söylədiyimiz kimi, yaxın günlərdə artıq rəsmi ‘teaser’ təqdim olunacaq və təqdimat tarixi bəlli olacaq.

‘Teaser’-in təqdim tarixi yaxın günlərdə biz tərəfdən açıqlanacaq. Hər şeydən anında xəbərdar olmaq üçün bizi izləməyə davam edin.

Leave a Reply