MONTAİGNE “TECHNİCOLOUR” MAHNISININ TƏQDİMATI BAŞ TUTDU

Montaigne’in “Avroviziya 2021” mahnısının sabaha qədər çıxması nəzərdə tutulsa da, o öz dinləyicilərinə sürpriz edərək bu səhər Avtraliya radiosunda mahnsını ilk dəfə təqdim etdi.

“Technicolor”, əyləncəli və ruhlandırıcı sözlərlə səsləndirilən bir “dance-pop” tərzində mahnıdır. Ziyafət əhval-ruhiyyəsi içərisində olan mahnı, Montaigne-yə öz vokallarını nümayiş etdirməyə imkan verir. Mahnının Rotterdama neon rənglər və lazerlərlə dolu cəsarətli bir səhnə şousu ilə təqdim olunacağı deyilir. Bu məqam isə nəticəyə önəmli ölçüdə təsir edə bilər.

SBS-ə mahnısı haqqında danışan Montaigne, “Technicolor’u dünyaya təqdim etməkdən çox həyəcanlıyam!” – deyə bildirmişdir. Həmçinin Montaigne, mükəmməl Eurovision mahnısına sahib olması lazım olduğuna dair fikirlərini də paylaşdı və bunların hamısının “Technicolor” un sahib olduğu elementlər olduğunu söylədi. Montaigne, mükəmməl olması üçün mahnının yüksək dramatikliyə, səhnə enerjisinə və fərqliliyə sahib olması lazım olduğunu düşünür.

“Technicolor” un müəllifi Montaigne və Avstraliyalı bəstəkar və prodüser Dave Hammerdir. Dave əvvəllər Lime Cordiale, Genesis Owusu, Thundamentals və Mia Rodriguez kimi Avstraliya sənətçiləri ilə birlikdə işləmişdir. Covid-19 pandemiyası qarşısında bir az qeyri-müəyyən olaraq qalsa da, Montaigne, Avstraliya nümayəndə heyətinin may ayında Rotterdama gedə biləcəyinə “99% əmin” olduğunu söylədi. Keçən il müsabiqə ləğv edildikdən sonra “SBS” Montaigne-ə Rotterdam’a dönüş bileti vermişdi və Avstraliyanın milli finalı 2021-ci il üçün ləğv edilmişdi. Beləcə iştirakçı ” don’t brake me ” mahnısından sonra yenə öz mahnısı ilə Avstraliyanı müsabiqədə təmsil edə biləcək.

YouTube player

Mənbə: http://www.wiwibloggs.com

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading