HOVERPHONIC BU İL “THE WRONG PLACE” MAHNISI İLƏ ÇIXIŞ EDƏCƏK

Hooverphonic ikinci dəfə öz ölkələrini “Avroviziya Mahnı Yarışmında” təmsil edəcək. Bu səhər rəsmi olaraq mahnı təqdim edildi. Bu mahnı ilə üçlük bu il öz ölkələrini təmsil etmək üçün Rotterdama gedəcək.

Dünən Hooverphonic-in bu gün “Avroviziya Mahnı Yarışması” üçün yeni mahnısını təqdim edəcəyi məlum oldu. Bu səhər Peter Van de Veire’nin səhər verilişində qonaq oldular. Nəticədə seçdikləri ‘Yalnış Yer’ mahnısını təqdim etdilər. Mahnının Alex Callier tərəfindən yazıldığını və bu ifanın məhz yarışma üçün hazırlanmadığı, sonradan yarışma üçün seçildiyini bildirdilər. Həmçinin mahnının hazırlanmasında Belçika “Səs” müsabiqəsinin qalibi Charlotte-in də iştirak etdiyi deyib.

YouTube player

Mətbuat konfransında qrup üzvləri bildirib ki, mahnı keçən həftə çərşənbə axşamı rekord edilib və klip çəkilişlərinə başlanılıb. “The Wrong Place” mahnısı qrupun öz keçmiş tərzlərinə daha yaxın bir tərzdədir. Bu da qrup üzvləri üçün çox sevindirici bir hal olub. Hər biri dinləyicilərin təəssüratlarını həyəcanla gözləyir. Verilən məlumata görə mahnı nə az, nə çox tam 21 mahnının qarışığından əmələ gəlib. Bu da hazırlıqların necə ciddi bir şəkildə görülməsini və çəkillən əziyyətləri bizə göstərir. Mahnıda bir gecəlik səhv edib və səhər harada oyandığını belə xatırlamayan bir qadından bəhs olunur.

Qeyd edək ki, Belçika, 1956-cı ildə başladığı gündən bəri yarışmaya qatılan yeddi ölkədən biridir. Onlar cəmi 3 dəfə yarışmanı qaçıraraq tam 61 dəfə yarışmada iştirak etmişlərdir və bu onların 62-ci iştirakı olacaq. 8 dəfə axırınca yerə layiq görülmüş Belçika yarışmnanı cəmi bir dəfə 1986-cı ildə Sandra Kim-in iştirakı ilə qazana bilmişdilər. Görək bu il uzun aradan sonra “Hooverphonic” öz ölkəsinə 2-ci qələbəsini gətirə biləcəkmi?

YouTube player

Mənbə: http://www.hln.be

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading