Bu gecə İtaliyanın və Avropanın ən böyük musiqi festivallarından biri olan “Sanremo 2021” başlayır. Beş gecənin sonunda qalib və ölkənin “Avroviziya” təmsilçisi bəlli olacaq. Bəs bu festival necə keçirilir? Qaydalar necədir? İndi biz sizə hər şeyi başa salacağıq.
İlk növbədə onu qeyd edək ki, müsabiqə beş gecədən ibarətdir. Hər gecənin fərqli mövzusu və səs verənləri var:
İlk gecə: ilk 13 iştirakçı mahnılarını təqdim edir (300 nəfərlik münsif heyyəti səs verir);
İkinci gecə: növbəti 13 iştirakçı mahnılarını təqdim edir (300 nəfərlik münsif heyyəti səs verir);
Üçüncü gecə: bütün 26 iştirakçı tək və ya xüsusi qonaqlar ilə (İtalyan və ya xarici) İtalyan musiqisinin hitlərini ifa edirlər (orkestr və xor səs verir);
Dördüncü gecə: bütün 26 iştirakçı öz müsabiqə mahnısını ifa edir (press nümayəndələri səs verir);
Beşinci gecə: bütün 26 iştirakçı öz mahnılarını ifa edir (xalq səsverməsi keçirilir).
Son nəticələr: 25% 300 nəfərlik münsif heyyəti; 25% xor və orkestr; 25% press nümayəndələri; 25% xalq səslərindən ibarətdir.
Bütün səslər toplandıqdan sonra aparıcılar 26-cı yerdən 4-cü pilləyə doğru hər kəsi bir-bir elan edirlər. Bu səsvermənin nəticəsində ən çox xal toplamış üç iştirakçı superfinala vəsiqə qazanır.
SUPERFİNAL
Superfinalda bütün önceki səsvermələrin nəticələri sıfırlanır və yeni bir səsvermə başladılır. Qalib isə belə müəyyən edilir: 33% 300 nəfərlik münsif heyyəti, 33% press nümayəndələri; 34% xalq səsverməsi.
Bununla da “Sanremo 2021” musiqi festivalının qalibi və İtaliyanın “Avroviziya 2021” təmsilçisi bəlli olacaq.
Onu da qeyd edək ki, martın 1-i baş tutmuş mətbuat konfransında elan edilib ki, bütün 26 iştirakçı, əgər qalıb gəlsələr, “Avroviziya”-ya gedəcəklərini təsdiq ediblər.
One thought on ““SANREMO 2021” BİRAZDAN BAŞLAYIR, QAYDALARI İZAH EDİRİK”