MÜSABİQƏ B PLANI ÜZRƏ BAŞ TUTACAQ

Bu gün Avroviziya 2021 mahnı müsabiqəsi baş tutma planları haqqında bəzi məqamlar mediyaya açıqlanıb.

Avroviziya Mahnı Yarışmasının İcraçı direktoru Martin Österdahl öz çıxışında:

“Eurovision Mahnı Yarışmasının ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz bunu may ayında Rotterdamda davam etdirməyə qərarlıyıq. Rotterdamda canlı ifa edən bütün sənətçilərlə təhlükəsiz bir Eurovision Mahnı Yarışması hazırlamaq planlarımızla irəliləyirik. Bu protokol, heyət və mətbuat da daxil olmaqla iştirak edən hər kəsin sağlamlığı və təhlükəsizliyini ən vacib prioritetimizdir, müsabiqəni reallaşdırmağa sadiq olduğumuzu nümayiş etdiririk. ”

Xaricdən Avroviziya Mahnı Müsabiqəsinə qatılanların hamısına Niderlanda yola düşmədən 5 gün əvvəl karantinə girmələri tövsiyə edilir və uçuşdan əvvəl ən azı 72 saat əvvəl COVID-19 testinin mənfi olması mütləqdir.

Niderlanda gələndən sonra nümayəndə heyətləri məşqlər, canlı şoular və digər proqramlarla bağlı Rotterdam’ın Ahoy Arenasına getdikləri hallar xaricində otellərində qalmalıdırlar.

Heyət, sənətçilər və mətbuat daxil olmaqla Ahoy Arenada işləyən hər kəs, arenanın yaxınlığında qurulacaq xüsusi bir müəssisədə mütəmadi olaraq sınaqdan keçiriləcəkdir.

Hansı ki, ssenari B-də hər nümayəndə heyətindəki insan sayı və tədbirə qatıla biləcək jurnalistlərin sayı əvvəlki illərə nisbətdə azalacaq.

İzləyicilerin sayı, hansı şərtlə buraxılacağı və digər məlumatlar daha sonra veriləcək.

Mənbə: Eurovision.tv

Leave a Reply