Almaniya “Uşaq Avroviziya 2021” mahnı yarışmasında iştirakını təsdiq edən növbəti ölkə oldu.
Bu ilin noyabr ayında baş tutması nəzərdə tutulan “Uşaq Avroviziya 2021” mahnı yarışmasında ölkələr iştirakını təsdiq etməyə davam edir. Son olaraq Almaniya qarşıdan gələn müsabiqədə iştirak edəcəyini təsdiqləyib. Bu barədə məlumatı ölkənin nümayəndə heyətinin rəhbəri Ulrike Ziesemer söyləyib:
“Geriyə baxanda debütantımız Susan və bütün komandanın qazandıqlarından çox qürur duyuram. İlk ilimizdə namizəd tapmaqdan tutmuş musiqi videosunu istehsalına qədər KiKA və ZDF-lə şou videosuna qədər – və xüsusilə COVID-19-un qoyduğu müxtəlif maneələrə baxmayaraq son dərəcə qısa müddətdə “hər şeyi özümüz etdik”. Əlbətdə daha yaxşı bir yer tutmaq istərdik, amma nümayişdən bir həftə əvvəl KiKA və Das Erste üçün hazırladığımız proqramlar ilə həm məzmun, həm də izlənmə baxımından çox müvəffəq olduq. İndi çox şey öyrənmişik və Parisi səbirsizliklə gözləyirik!”.
Qeyd edək ki, bu ilin noyabr ayında baş tutması nəzərdə tutulan “Uşaq Avroviziya 2021” mahnı yarışması – sayca 19-cu müsabiqə olacaq. Yarışma, ölkənin 2020-ci il təmsilçisi Valentina’nın qələbəsindən sonra, Fransanın Paris şəhərində keçiriləcək. Hal-hazırda yeddi ölkə İştirakını təsdiq edib:
- Almaniya;
- Fransa;
- Gürcüstan;
- İrlandiya;
- İspaniya;
- Niderland;
- Rusiya.
Mənbə: ESC Kompakt