“Avroviziya 2021”-in növbəti mahnısı təqdim olundu. Klipdə Elena Tsagrinou “El Diablo”-nu yayımladı.
Mahnı təqdimatlarının bitməsinə sayılı günlər qalıb. Bunu nəzərə alaraq artıq iştirakçı ölkələr bir-bir mahnılarını təqdim etməyə başlayıb.
Bu həftə, demək olar, hər gün yeni bir mahnı təqdim olunacaq. Bu silsiləyə Kipr start verdi. Ölkəni təmsil etmək üçün daha öncə seçilən Elena Tsagrinou Rotterdamda ifa edəcəyi “El Diablo” adlı mahnısı təqdim edib. Buradan dinləyə bilərsiniz.
Təqdimat yerli verlişin xüsusi buraxılışı zamanı baş tutub, ilk dəfə mahnı və klip nümayiş olunub. Digər platformalarda isə mahnı fevralın 28-i yayımlanacaq.
Qeyd edək ki, Kipr “Avroviziya 2021”-in birinci Yarımfinalı, ikinci hissəsində çıxış edəcək.
Mənbə: Panik Records