BƏZİ ÇIXIŞLAR LİTVADA LENTƏ ALINACAQ

Bir neçə ay öncə, Avroviziya mahnı müsabiqəsinin baş tutması üçün 4 planın hazırlandığı xəbəri öz təsdiqini tapdı. Bu planlardan olan – C və D planlarının əsas tərkib hissələrindən biri də bütün ölkələrin canlı çıxışlarının əvvəlcədən lentə alınmasıdır. Belə ki, Rotterdamda birbaşa çıxış edə bilməyən ölkələr bilavasitə əvvəlcədən hazırlanmış çıxışlar vasitəsilə müsabiqənin baş tutmasına vəsilə olacaq. Bu çıxışlar isə xüsusi nümayəndələr tərəfindən analiz olunacaqdır.

Elə belə bir zamanda Litvanın ” Creative Industries” adlı bir şirkəti bəzi ölkələr üçün göydən düşmə olacaq bir addım atmışdır. Ölkənin paytaxtı Vilnüsdə xokkey zalında çıxışların hazırlanması üçün xüsusi səhnə yaradılacaq və istəyən ölkələrin xidmətinə veriləcəkdir.

Hələlik bəlli olan isə Almaniya təmsilçisi Jendrikin öz çıxışı üçün mart ayının əvvəlində Litvaya gedəcəyidir. Başqa hansı ölkələrin bu səhnəni istifadə edəcəyi isə hələ bəlli deyil.

Qeyd edək ki, bütün iştirakçı ölkələr öz çıxışlarını martın sonuna qədər AYB-ə göndərməlidir. Əvvəldən lentə alınmış çıxışın, Rotterdamdakı çıxışla eyni olması vacib deyil. Yəni, əgər ölkə müsabiqəyə canlı qoşula biləcəksə, Rotterdamdakı çıxışla əvvəlki çıxış eyni olmaya bilər.

Azərbaycan nümayəndə heyəti bu haqda nə qərar verir, yəqin ki, yaxın günlərdə informasiya alarıq. Hərhalda, özümüzdə səhnə qurmaq barəsində kifayət qədər təcrübə var.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading