TIX NORVEÇ ÜÇÜN “FALLEN ANGEL” SÖYLƏYƏCƏK

Və budur! İlin daha bir milli seçim turu başa çatdı. Norveçin “Melodi Grand Prix”-ində bu gecə final baş tutdu və nəticədə ölkəni “Avroviziya 2021” mahnı müsabiqəsində təmsil edəcək ad məlum oldu. Bu səfər “Fallen Angel” mahnısı ilə ölkəni TIX təmsil edəcək!

Yanvarın on altısında başlamış, və bu ilin ən uzun milli seçim turu kimi tarixə düşəcək “Melodi Grand Prix 2021” növbəti dəfə ölkə təmsilçisinin adına aydınlıq gətirib.

Finalda ümumilikdə on iki nəfər iştirak edirdi:

1. Atle Pettersen – World on Fire;
2. Raylee – Hero;
3. Stavangerkameratene – Who I Am;
4. KIIM – My Lonely Voice;
5. Blåsemafian feat. Hazel – Let Loose;
6. Emmy – Witch Woods;
7. TIX – Fallen Angel;
8. Kaja Rode – Feel Again;
9. Rein Alexander – Eyes Wide Open;
10. IMERIKA – I Can’t Escape;
11. KEiiNO – Monument;
12. Jorn – Faith Bloody Faith.

İlkin səsvermədən sonra dörd nəfər növbəti mərhələyə vəsiqə qazanıb:

1. Blåsemafian feat. Hazel – Let Loose;
2. Jorn – Faith Bloody Faith;
3. TIX – Falling Angel;
4. KEiiNO – Monument.

Sonda isə iki nəfər “Qızıl Duel”-də qalibə uğrunda mübarizə aparıb:

1. TIX – Falling Angel;
2. KEiiNO – Monument.

Final səsvermədə beş bölgədən dördündə qalıb gələn TIX, “Fallen Angel” mahnısı ilə ölkəni təmsil etmək hüququ qazanıb.

YouTube player

Leave a Reply