Bildiyimiz kimi ötən gecə Norveçdə “Melodi Grand Prix 2021”-in Böyük Finalı baş tutdu. Yarışmanın qalibi TIX “Fallen Angel” mahnısı ilə öz ölkəsini Niderlannda təmsil etmək hüququnu qazandı.
Müsabiqədə iştirak edən və özünə kifayət qədər tərəfdar toplayan ifaçılardan digəri isə Raylee idi. O, bu gün Instagram hesabından paylaşım edərək yenidən müsabiqəyə qatılacağı xəbərini öz sevərləri ilə bölüşüb:
“Dünən mənə səs verib dəstək olanlara minnətdaram. Təmsilçi ola bilməsəmdə bu həyəcanlı yarışmada olmaq bizim üçün çox qaneedicidir. Norveç xalqı bu il TIX’i seçdi. Gəlin ona “Avroviziya” yolunda uğurlar arzulayaq. Maraqlı olan hər kəs üçün, mən Norveçi “Avroviziya”-da təmsil etmək ümidindən heç vaxt əl çəkmək fikrində deyiləm.” – deyə ifaçı bildirib.
Qeyd edək ki, Raylee iki il ard-arda finala vəsiqə qazanır və izləyicilərin rəqabətini qazanmağı bacarır. İfaçı bu il iştirakını finalın birinci mərhələsində yekunlaşdırıb.