İsrailin yayımçı kanalı KAN ölkənin “Avroviziya 2022” mahnı yarışmasında iştirakını təsdiq edir.
Bu gün İsrailin ictimai televiziyası, rəsmi yayım hüquqlarına sahib KAN ölkənin gələn il keçirilməsi nəzərdə tutulan “Avroviziya” mahnı müsabiqəsində iştirakını təsdiq edib. Bununla yanaşı, yayımçı kanal son iki ildə keçirdiyi milli seçim turundan imtina edəcəyini açıqlayıb.
Bunun əvəzinə təmsilçi keçirilən digər lahiyələr vasitəsi ilə təyin ediləcək. Euromix xəbər portalı bildirir ki, “HaKokhav Haba” (Rising Star) və ya “X Factor” yarışması hal-hazırda ən uyğun variantlardır.
Qeyd edək ki, İsraili bu il “Set Me Free” mahnısı ilə Eden Alene təmsil edəcək. İfaçı ötən il ölkədə keçirilən “HaKokhav Haba” müsabiqəsinin qalibi olmuşdu.
Bununla da İsrail Avstraliyadan sonra ikinci “Avroviziya 2022” mahnı müsabiqəsində iştirakını təsdiq edən ölkə olur.
Mənbə: Euromix