KEIINO SİZİN ƏSAS FAVORİTİNİZDİR – 12 XAL SƏSVERMƏSİ

İlin növbəti milli seçim turu bir-neçə saat sonra başa çatır. Norveçin ənənəvi olaraq keçirdiyi “Melodi Grand Prix” mahnı yarışması bu səfər ölkənin “Avroviziya 2021” təmsilçisini müəyyən edəcək.

Bunu nəzərə alaraq bir-neçə gün öncə bizim telegram kanalımızda sizlərə sual verdik: bu müsabiqədə sizin favoritləriniz kimlərdir?

İki mərhələdə keçirdiyimiz səsvermənin nəticələri belə müəyyənləşdi:

1. KEiiNO – Monument 47%);
2. Raylee – Hero (32%);
3. Emmy – Witch Woods (8%);
4. IMERIKA – I Can’t Escape (6%);
5. Blåsemafian feat. Hazel – Let Loose (5%);
6. KIIM – My Lonely Voice (2%).

Digər altı iştirakçı isə sizin səsvermənin nəticəsi olaraq finala ikinci mərhələyə vəsiqə qazanmadılar:

  • Atle Pettersen – World on Fire;
  • Stavangerkameratene – Who I Am;
  • TIX – Fallen Angel;
  • Kaja Rode – Feel Again;
  • Rein Alexander – Eyes Wide Open;
  • Jorn – Faith Bloody Faith.

Qeyd edək ki, “Melodi Grand Prix 2021”-in Böyük Finalı bu gün Bakı vaxtı ilə saat 22:55-də başlayacaq. Gecənin sonunda müsabiqənin qalibi, və Norveçin “Avroviziya 2021”-də təmsilçisi bəlli olacaq.

Hər zaman olduğu kimi bu səfər də bütün hadisələr anbaan bizim telegram kanalımızda şərh ediləcək.

Leave a Reply