İlin növbəti milli seçim turu artıq bir-neçə saat sonra başlayır. Portuqaliya ənənəvi olaraq keçirdiyi “Festival da Canção” mahnı yarışması bu səfər ölkənin “Avroviziya 2021” təmsilçisini müəyyən edəcək.
Bunu nəzərə alaraq üç gün öncə bizim telegram kanalımızda sizlərə sual verdik: bu yarımfinalda sizin favoritləriniz kimlərdir?
Nəticələr isə belə oldu:
1. Karetus & Romeu Bairos – Saudade (51%);
2. The Black Mamba – Love is on My Side (37%);
3. mema. – Claro Como Água (20%);
3. IRMA – Livros (20%);
5. Nadine – Cheguei Aqui (17%).
Digər iştirakçılar isə hərəsi 14% səs toplayaraq, bizim izləyicilərimizin fikrincə finala keçməməlidirlər.
DQ. Valéria – Na Mais Profunda Saudade;
DQ. Miguel Marôco – Girassol;
DQ. Fábia Maia – Dia Lindo;
DQ. Sara Afonso – Contramão;
DQ. IAN – Mundo.
Qeyd edək ki, “Festival da Canção 2021”-in İlk Yarımfinalı Bakı vaxtı ilə sabah saat 01:00-da başlayacaq. Gecənin sonunda müsabiqənin ilk altı finalçısı bəlli olacaq.
Hər zaman olduğu kimi bu səfər də bütün hadisələr anbaan bizim telegram kanalımızda şərh ediləcək.