İlin növbəti milli seçim turu bir-neçə saat sonra İkinci Yarımfinalı ilə davam edir. Estoniya ənənəvi olaraq keçirdiyi “Eesti Laul” mahnı yarışması bu səfər ölkənin “Avroviziya 2021” təmsilçisini müəyyən edəcək.
Bunu nəzərə alaraq iki gün öncə bizim telegram kanalımızda sizlərə sual verdik: bu yarımfinalda sizin favoritləriniz kimlərdir?
İki mərhələdə keçirdiyimiz səsvermənin nəticələri belə müəyyənləşdi:
1. Gram-Of-Fun – Lost in a Dance (32%);
2. Uku Suviste – The Lucky One (30%);
3. Jüri Pootsmann – Magus melanhoolia (22%);
4. Heleza – 6 (8%);
5. Helen – Nii kõrgele (5%);
6. Suured Tüdrukud – Heaven’s Not That Far Tonight (3%).
Digər altı iştirakçı isə sizin səsvermənin nəticəsi olaraq finala vəsiqə qazanmamalıdır:
DQ. Sissi – Time;
DQ. Kadri Voorand – Energy;
DQ. Redel – Tartu;
DQ. Rahel – Sunday Night;
DQ. Uku Haasma – Kaos;
DQ. Alabama Watchdog – Alabama Watchdog.
Qeyd edək ki, “Eesti Laul 2021”-in İkinci Yarımfinalı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Gecənin sonunda müsabiqənin son altı finalçısı bəlli olacaq.
Hər zaman olduğu kimi bu səfər də bütün hadisələr anbaan bizim telegram kanalımızda şərh ediləcək.