Növbəti “12 Xal İzləyici” səsverməsinin nəticələri bəlli oldu. Blind Channel qrupu “Dark Side” mahnısı ilə sizin Finlandiya milli seçim turu “UMK 2021” favoritinizdir.
Bizim telegram kanalımızda sizlərə sual verdik: “UMK 2021 favoritləriniz kimlərdir?”. Toplanılan səslər nəticəsində bəlli oldu ki, Blind Channel “Dark Side” mahnısı ilə bu milli seçim turunun əsas sevilənidir.
Nəticələr:
1. Blind Channel – Dark Side (74%);
2. Teflon Brothers & Pandora – I Love You (25%);
3. Ilta – Kelle mä soitan (23%);
3. Aksel – Hurt (23%);
5. Laura Põldvere – Play (16%);
6. OSKR – Lie (13%);
7. Danny – Sinä päivänä kun kaikki rakastaa mua (4%).
Qeyd edək ki, artıq bir-neçə saat sonra, Bakı vaxtı ilə saat 23:00-da “UMK 2021”-in Final şousu start götürəcək. Yeddi nəfərin yarışdığı gecənin sonunda “Avroviziya 2021”-in növbəti iştirakçısı bəlli olacaq.