VICTORIA’NIN MAHNISINI TƏYİN ETMƏK ÜÇÜN SƏSVERMƏ BAŞLADI

VICTORIA’nın Bolqarıstan adına “Avroviziya 2021”-də ifa edəcəyi mahnını seçməyə kömək edə bilərsən. Bunun üçün altı mahnını dinlə və şərhlərini ölkənin nümayəndə heyəti ilə bölüş!

Ölkənin yayımçı kanalı bunun üçün xüsusi platforma yaradıb. Elə indi bu sayta keçid edərək bütün mahnıları dinləyib, hər bir mahnı haqqında fikir və şərhlərini bildirə bilərsən.

Qiymətləndirmədə iştirak etmək üçün üç mərhələli səsvermədə iştirak etmək lazımdır:

1. İlk növbədə sayta daxil olaraq özün haqqında məlumatı xüsusi bölmədə bildir;

2. İkinci mərhələdə bütün mahnıları bir-bir dinləyib, şərhini və qiymətini qeyd elə;

3. Qaydalara razılıq ver və anketini təsdiqlə.

YouTube player

Bütün dünyadan gələcək bu qiymətlər mahnı seçimi zamanı VICTORIA’nın komandası tərəfindən nəzərə alınacaq. Mahnı ölkənin professional musiqiçiləri, nümayəndə heyəti və yayımçı kanal tərəfindən seçiləcək.

Potensial mahnılar:

1. Imaginary Friend;
2. Dive Into Unknown;
3. Phantom Pain;
4. The Funeral Song;
5. Growing Up Is Getting Old;
6. Ugly Cry.

Bütün mahnıları indi ifaçının rəsmi YouTube kanalında baxa bilərsiniz. Bununla yanaşı “a little dramatic” albomu fevralın 26-sı bütün musiqi platformalarında yayımlanacaq.

Mənbə: Eurovision Bulgaria

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading