JAMES NEWMAN GERİ DÖNÜR

Sona qədər susqunluğunu pozmayan daha bir ölkədən xəbər gəldi! Böyük Britaniya təmsilçinin adını açıqladı.

İndicə twitter hesabında paylaşdığı xəbərdə ölkənin yayımçı kanalı BBC ötən il ölkəni təmsil etməyə seçilmiş James Newman’ı Böyük Britaniyanın “Avroviziya 2021” təmsilçisi kimi təsdiq edib.

“Ölkəmi “Avroviziya” mahnı yarışmasında təmsil etmək üçün ikinci bir şans qazandığım üçün çox həyəcanlı və qürurluyam. ‘Lockdown’-da yeni musiqi hazırlamağı dayandırmadım və 2021-ci ildə “Avroviziya”-ya gedəcəyəm mahnının hamının eşitməsi üçün sebirsizlənirəm.” – deyə ifaçı qeyd edib.

James Newman yeni mahnısının ballad yox, əksinə daha nəşəli və hərəkətli bir şey olacağına söz verib. Mahnının özü mart ayında təqdim ediləcək.

Qeyd edək ki, ifaçı ötən il ölkəsini “My Last Breath” mahnısı ilə təmsil etməli idi.

YouTube player

Mənbə: BBC

Leave a Reply