VICTORIA “a little dramatic” albomundan növbəti mahnısını təqdim etdi. Bu səfər “growing up is getting old” artıq ifaçının rəsmi YouTube kanalına yüklənib.
Bu il ikinci dəfə ardıcıl olaraq Bolqarıstanı təmsil etmək üçün seçilən VICTORIA “Avroviziya 2021” üçün altı potensial mahnı yazıb, onlardan beşi “a little dramatic” adlı alboma daxildir.
Artıq bütün altı potensial mahnılar bəllidir:
1. Imaginary Friend;
2. Dive Into Unknown;
3. Phantom Pain;
4. The Funeral Song;
5. Growing Up Is Getting Old;
6. Ugly Cry.
İndi isə, dünya musiqi azarkeşlərinə 6 potensial mahnı haqqında şərh və rəy bildirməyə imkan verən xüsusi bir onlayn platforma işə salınacaqdır. Bu, Bolqarıstanın “Avroviziya 2021” üçün seçim prosesinin bir hissəsi olacaq. VICTORIA və qrupu son qərar vermək üçün musiqi, TV, Radio və “Avroviziya” mütəxəssislərindən ibarət qruplardan rəy alacaqlar.