Ürəklərə toxunan “Grow” balladasından sonra bir çox “Avroviziya” pərəstişkarı Hollandiyanın ümidi Jeangu Macrooy-dan 2021-ci il iştirakı barəsində xəbərləri gözləyirdi.
Hollandiyalılar mayayında baş tutacaq yarışma haqqında çox məlumat versələr də, iştirakları haqqında uzun zamandır heçnə eşitmişdik. Şərhçi Cornald Maas, Jeangu’nun mahnısının mart ayının əvvəlində çıxacağını açıqlayaraq bu sükutu pozdu.
Mahnılarını mart ayının əvvəlində təqdim etmək ənənəsi Niderland tərəfindən davam etdirilir. Əvvəlki illərdə Holland mahnıları çoxu zaman bu dövrdə yayımlanırdı. Bu haqqda Maas, RTL səhər tok-şousu “Koffietijd”-də çıxışı zamanı söyləyib.
Cornald ayrıca “Avroviziya”-nın qarşılaşdığı fərqli ssenarilərdən də qısa danışdı. “Avroviziya 2021”-in icraçı prodüseri Sietse Bakker-in “çox yaxında” qərar verəcəyini təsdiqlədi. Şəxsən Maas ümid edir ki, bütün sənətçilər Rotterdama səyahət edə biləcəklər.
Mənbə: Wiwibloggs, Koffietijd