KOIT TOOME SİZİN ƏSAS FAVORİTİNİZDİR – SƏSVERMƏ NƏTİCƏLƏRİ

İlin növbəti milli seçim turu artıq bir-neçə saat sonra başlayır. Estoniya ənənəvi olaraq keçirdiyi “Eesti Laul” mahnı yarışması bu səfər ölkənin “Avroviziya 2021” təmsilçisini müəyyən edəcək.

Bunu nəzərə alaraq iki gün öncə bizim telegram kanalımızda sizlərə sual verdik: bu yarımfinalda sizin favoritləriniz kimlərdir?

İki mərhələdə keçirdiyimiz səsvermənin nəticələri belə müəyyənləşdi:

1. Koit Toome – We Could Have Been Beautiful 37%);
2. Karl Killing – Kiss Me (18%);
3. Nika Marula – Calm Down (16%);
4. Kea – Hypnotized (13%);
5. Hans Nayna – One by One (8%);
6. Egert Milder – Free Again (8%).

Digər altı iştirakçı isə sizin səsvermənin nəticəsi olaraq finala vəsiqə qazanmamalıdır:

Tanja – Best Night Ever;
Wiiralt – Tuuled;
Andrei Zevakin & Pluuto – Wingman;
Tuuli Rand – Üks öö;
Kristin Kalnapenk – Find a Way;
Ivo Linna, Robert Linna, Supernova – Ma olen siin.

Qeyd edək ki, “Eesti Laul 2021”-in İlk Yarımfinalı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Gecənin sonunda müsabiqənin ilk altı finalçısı bəlli olacaq.

Hər zaman olduğu kimi bu səfər də bütün hadisələr anbaan bizim telegram kanalımızda şərh ediləcək.

Leave a Reply