Stefania’nın “Avroviziya 2021”-də Yunanıstan adına söyləyəcəyi “Last Dance” klipinin çəkilişləri 23 fevral çərşənbə axşamı başlayır.
Klipin rejissoru daha öncə SUPERGIRL-un rejissoru olan Coslipimtas Karydas olacaq. Dimitris Kontopoulos Moskvada Andrew Konoplev ilə birlikdə mahnı üzərində gördüyü işlərdən sonra mahnı hazırda artıq son şəklindədir.
Stefania bu günlərdə Yunanıstandan xaricdən gələnlər üçün nəzərdə tutulan lazımi karantin günlərini keçirir. Çəkiliş başa çatdıqdan dərhal sonra Fokas Evangelinos’un hazırladığı səhnə performansı üçün məşqlər başlayacaq.
Əlbəttə ki, bütün bunları nəzərə alaraq, böyük ehtimalla mart ayının ikinci həftəsində reallaşacaq mahnının təqdimatına qədər Stefania, bütün nümayəndəliklərin çatdırmalı olduğu live-on-tape ehtiyat canlı videosu üçün hazırlaşmalı olacaq. Bu çəkiliş mart ayının sonuna qədər AYB-yə təqdim edilməlidir.
Əlbətdə ki, yaxın günlərdə Yunan nümayəndə heyətinin hazırlıq prosesi və “Last Dance”-in təqdimatı haqqında daha çox məlumata sahib olacağıq.
Mənbə: Eurovision Fun