“EESTI LAUL 2021”-İN İLK YARIMFİNALI BAŞA ÇATDI

Estoniya milli seçim turu “Eesti Laul 2021”-in İlk Yarımfinalı indicə başa çatdı. Nəticədə altı nəfər finala vəsiqə qazandı.

Bakı vaxtı saat 21:30-da başlayan bu yarımfinal təxmini üç saat davam etdikdən sonra başa çatdı. Səsvermənin nəticəsi isə belə oldu:

  1. Koit Toome – We Could Have Been Beautiful;
  2. Every Milder – Free Again;
  3. Ivo Linno, Robert Linna – Ma olen Siin;
  4. Karl Killing – Kiss Me;
  5. Hans Nayna – One by One;
  6. Andrei Zevakin & Pluuto – Wingman.

Müsabiqənin növbəti yarımfinalı iki gün sonra, həftənin şənbə günü keçiriləcək. İkinci Yarımfinalda yenə də on iki nəfər iştirak edəcək, və onlardan altısı finala çıxaraq finalçılar siyahısını tamamlayacaqlar.

Leave a Reply