VICTORIA “PHANTOM PAIN”-İ TƏQDİM ETDİ

VICTORIA “a little dramatic” albomundan növbəti mahnısını təqdim etdi. Bu səfər “phantom pain” artıq ifaçının rəsmi YouTube kanalına yüklənib.

YouTube player

Bu il ikinci dəfə ardıcıl olaraq Bolqarıstanı təmsil etmək üçün seçilən VICTORIA “Avroviziya 2021” üçün altı potensial mahnı yazıb, onlardan beşi qarşıdan gələn “a little dramatic” adlı alboma daxildir.

Daha öncə “imaginary friend” və “dive into unknown” mahnıları yayımlandıqdan sonra bu səfər ifaçı “phantom pain” mahnısını təqdim edib.

“The funeral song” VICTORIA-nın potensial “Avroviziya 2021” mahnıları arasında növbəti təqdimatı olacaq. Lirik videonun premyerası Çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da eurovision.icard.com və VICTORIA-nın rəsmi YouTube kanalı vasitəsilə olacaq.

Leave a Reply