“Avroviziya” qabağı keçirilən ən irimiqyaslı tədbir “Eurovision in Concert” bu il baş tutmayacaq. Bu haqqda məlumatı şounun təşkilatçıları paylaşıb.

Günümüzdə hələ də devam edən COVID-19 pandemiyası və yaratdığı məhdudiyyətləri nəzərə alaraq, hər il Amsterdamda keçirilən “Eurovision in Concert” təşkilatçıları tədbiri bu il keçirməmək qərarı verib.
Bunun əvəzinə bu ‘pre-party’ 2022-ci ildə, aprelin doqquzunda keçiriləcək. 2020/2021 illər üçün alınan biletləri növbəti il yenə də keçərli olacaq. Bilet sahiblərinə daha sonra ətraflı məlumat veriləcək.
“Eurovision in Concert” – “Avroviziya” qabağı iştirakçı ölkə təmsilçilərini bir araya yığıb onların mahnılarının daha geniş kütləyə tanıtmaq üçün keçirilən bir tədbirdir. 2009-cu ildə bir qrup Niderlandlı fanatlar tərəfindən yaradılıb və günümüzün ən irimiqyaslı belə tədbiridir. Rekord sayda iştirakçı sayı 2017-ci ildə qeydə alınıb. Həmin ili 42 ölkədən 35-i öz təmsilçisini Amsterdama yola salmışdı.